ABŞ Konqresinin Nəzarət Komitəsi Cozef Baydenlə bağlı ARAŞDIRMALARA BAŞLADI

ABŞ Konqresinin Nəzarət Komitəsi Cozef Baydenlə bağlı ARAŞDIRMALARA BAŞLADI

ABŞ Konqresinin Nümayəndələr Palatasının Nəzarət Komitəsi ABŞ Prezidenti Cozef Baydenin vitse-prezident olduğu dövrdə məxfi sənədlərlə işləmə qaydalarına əməl edib-etmədiyini araşdırır. 


Sfera.az xəbər verir ki, bu barədə "ABC" telekanalı məlumat yayıb.

 

Qeyd edək ki, bundan əvvəl "CBS News" telekanalı Baydenin Vaşinqtonda onun adını daşıyan beyin mərkəzindəki ofisində məxfi sənədlərin aşkar edilməsi barədə məlumat vermişdi. ABŞ liderinin vitse-prezident olduğu dövrə aid materiallar 2022-ci ilin noyabrında keçiriləcək aralıq seçkiləri ərəfəsində onun etibarlı şəxsləri tərəfindən tapılıb.

 

Kanalın məlumatına görə, nəzarət komitəsinin yeni rəhbəri respublikaçı Ceyms Komer Ağ Evin müşaviri Stüart Deliyə məktub göndərərək Baydenin ofisində tapılan bütün sənədləri təqdim etməyi tələb edib. Nəzarət komitəsi həmçinin Baydenin ofisinə çıxışı olan şəxslərin siyahısını və məxfi məlumatlarla işləmək üçün sənədləri tələb edib.

 

Nəzarət komitəsinin rəhbəri yanvarın 23-dək lazımi materialların təqdim olunmasını xahiş edib.

 

İnci


OXŞAR XƏBƏRLƏR