Polis Konqres binasını ələ keçirən 400 etirazçını saxladı - VİDEO
Braziliyada seçkinin nəticələrinə etiraz edən eks-prezident Jair Bolsonaronun tərəfdarlarının kütləvi iğtişaşları davam edir. Etirazçılar sözün əsl mənasında ölkə parlamentini və prezident iqamətgahını dağıdıblar, lakin təhlükəsizlik qüvvələri hökumət binalarına nəzarəti bərpa edə bilib.
Sfera.az bildirir ki, Braziliya polisi 400-dən çox etirazçını həbs edib. Latın Amerikası ölkəsindəki vəziyyəti CNN yaxından izləyir.
Müşahidəçilər sözlərinə görə etirazçılar Konqresdə, Ali Məhkəmədə və prezident sarayında qırğınlar törədiblər. Etirazçılar daş atıb, dəyənəklərlə hücum edərkən polis dəstələri geri çəkilib əlavə qüvvələri gözləməli olub. Etirazçıları dağıtmaq yalnız hüquq-mühafizə orqanlarının böyük qüvvələri bir araya gətirməsindən sonra mümkün olub.
Nəticədə gecə saatlarında hərbçilər etirazların tüğyan etdiyi paytaxt ərazilərini mühasirəyə almağa müvəffəq olub. Polis qumbara və gözyaşardıcı qazdan istifadə etməklə 400-dən çox insanı saxlayıb.
Ölkənin yeni seçilmiş prezidenti Lula da Silva baş verənlərlə əlaqədar ölkə üzrə səfərini təcili yarımçıq dayandıraraq paytaxta qayıdıb. O, fövqəladə vəziyyət elan edib və iğtişaşçıları cəzalandıracağına söz verib.
"Bunda iştirak edən bütün insanlar tapılacaq və cəzalandırılacaq. Onlar görəcəklər ki, demokratiya azadlıq hüququnu - ünsiyyət azadlığını, ifadə azadlığını təmin edir, eyni zamanda insanlardan demokratiyanı gücləndirmək üçün yaradılmış institutlara hörmət etməyi tələb edir"- deyə hazırkı prezident Lula da Silva bildirib.
Silva hazırkı hadisələri barbarlıq və ölkənin eks-liderinin tərəfdarlarını nasistlərin ardıcılları adlandırıb.
Bu arada, keçmiş prezident Jair Bolsonaro özü də tərəfdarlarının hərəkətlərini pisləyib. Keçmiş prezidentin əleyhdarları Braziliyada baş verənləri 2021-ci ilin əvvəlində ABŞ prezidenti Donald Trampın tərəfdarlarının Kapitoliyə hücum cəhdləri ilə müqayisə ediblər.
Xatırladaq ki, yanvarın 8-də Braziliyanın paytaxtında Jair Bolsonaronun tərəfdarları hökumət binalarına hücum edərək, kütləvi talan tÖrədiblər. Etirazlar Lula da Silvanın qalibiyyəti ilə nəticələnən prezident seçkilərinin nəticələrinə etiraz ediblər.
Xanım