Rusiyada yenidən səfərbərlik elan olunur? – Peskov AÇIQLADI
Kreml son günlər Rusiyada yenidən səfərbərliyin elan olunacağı ilə bağlı xəbərlərə reaksiya verib.
Sfera.az bildirir ki, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov sözügedən informasiyaları əsassız adlandırıb.
O, rəsmi hakimiyyət orqanlarının əsas məlumat mənbəyi olduğunu vurğulayıb.
“Ümumiyyətlə, “Telegram” kanallarına bu qədər önəm vermək lazım deyil. Əsas ilkin mənbə Rusiya Federasiyası Prezidentinin rəhbərlik etdiyi rəsmi orqanlardır. Həmin sosial platformanı şişirtməyə ehtiyac yoxdur”, - Peskov söyləyib.
Kremlin sözçüsü xatırladıb ki, səfərbərlik barədə rəsmi orqanlar tərəfindən hər şey dəfələrlə deyilib.
Qeyd edək ki, 2022-ci il sentyabrın 21-də Rusiya Prezidenti Vladimir Putin qismən səfərbərlik haqqında fərman imzalayıb. Oktyabrın 28-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu prezidentə qismən səfərbərliyin başa çatması barədə hesabat verib. 300 min nəfər qoşunlara çağırılıb. Dövlət başçısı dəfələrlə vurğulayıb ki, səfərbərliyin bərpası üçün heç bir əsas yoxdur.
Günay Rəsulqızı