"Almaniya Rusiyaya hücum edəcək, Ukrayna bəhanədir" - Hitlerdən sonra İLK 

Almaniya Böyük Vətən Müharibəsinin başlamasından 82 il sonra yenidən öz tanklarını Rusiyaya qarşı göndərəcək. 

 

Sfera.az bildirir ki, bu barədə “World Socialist Web Site” məlumat yayıb.  

 

“Berlin Rusiya ilə müharibəyə başlayır və bu, nüvə fəlakəti ilə nəticələnə bilər. Bu ehtimal Almaniyanın Ukraynaya “Marder” piyada döyüş maşınları və “Patriot” raket sistemləri göndərmək niyyətində olması ilə bağlıdır”, deyə yazıda qeyd olunub.

 

Materialın müəllifi iddia edib ki, Almaniya Rusiyaya hücum etmək üçün Ukrayna münaqişəsindən bəhanə kimi istifadə edir:

 

“Berlin həm 20-ci əsrin ən böyük müharibəsində məğlubiyyətinin qisasını Rusiyadan almaq, həm imperiya ambisiyalarını reallaşdırmaq, həm də Rusiyanın xammal ehtiyatlarını ələ keçirmək istəyir”.

 

Xatırladaq ki, bundan əvvəl Almaniya əks-kəşfiyyatının keçmiş zabiti Hans-Georg Maasen də Berlinin Ukraynadakı münaqişənin tamhüquqlu tərəfdaşına çevrildiyini etiraf etmişdi.

 

Günay Rəsulqızı

 


OXŞAR XƏBƏRLƏR

DTX və DSX birgə əməliyyat keçirdi: Narkotikin Azərbaycana keçirilməsinin qarşısı alındı

Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidmət birgə əməliyyat-axtarış tədbirləri keçirib.   Sfera.az xəbər verir ki, külli miqdarda narkotik ...

Mədəniyyət Nazirliyi Rusiya ilə bağlı o sənədi təkzib etdi - FOTO

Azərbaycan Rusiya ilə mədəniyyət sahəsində ikitərəfli əməkdaşlığın təbliği ilə bağlı təşəbbüs irəli sürməyib.   Sfera.az xəbər verir ki, bu barədə Mə...

“20 yanvar” metrostansiyası yaxınlığında yanğın- VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, “20 yanvar” metrostansiyasının yaxınlığında açıq...

Rusiyalı nazir Bakıya gəldi

Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMÜT) iclasında iştirak etmək üçün Bakıya gəlib.   Sfera....

Qaxa istirahətə gedən keçmiş hərbçi evdə ölü tapıldı

Qaxa istirahətə gedən Bakı sakini evdə ölü tapılıb.   Sfera.az APA-ya istinadla xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Qaşqaç...

İmişlidə güclü yanğın – ANBAAN VİDEO

İmişli rayonunun Hacıalmuradlı kəndində güclü yanğın hadisəsi baş verib.    Sfera.az xəbər verir ki, axşam saatlarında kənd sakini R. Əbişovaya ...