Bu ölkənin qızıl ehtiyatı 2 min tonu ÖTDÜ
İqtisadiyyat
12:49 / 09.01.2023
13991
Çin mərkəzi bankının qızıl ehtiyatları dekabrda daha 30 ton artaraq 2 min tonu ötüb.
Sfera.az xəbər verir ki, Çin son 3 ildə qızıl almırdı. Amma ötən ilin son 2 ayında Çin qızıl ehtiyatlarını artırıb.
Noyabrda ehtiyatlar 32 ton, dekabrda 30 ton artıb. Son artımla birlikdə Çin mərkəzi bankının qızıl ehtiyatı 2010 tona çatıb.
Ümumdünya Qızıl Şurasının məlumatına əsasən, 2022-ci ildə dünyada qızıla yığım vasitəsi kimi tələb artıb.
Ötən ilin üçüncü rübündə mərkəzi banklar 400 ton qızıl alıb. Qızıla tələbin artmasını böhran riski ilə əlaqələndirmək olar.
Vasif