Öz üzərində cərrahi əməliyyat aparan həkim - Roqozov 53 il əvvəl tibb tarixinə adını necə yazdırdı?

Öz üzərində cərrahi əməliyyat aparan həkim - Roqozov 53 il əvvəl tibb tarixinə adını necə yazdırdı?

Leonid Roqozov öz üzərində ən ağır şəraitdə cərrahi əməliyyat aparan həkimlərdən biri kimi tarixdə qalıb.


Sfera.az xəbər verir ki, SSRİ-nin və Rusiyanın tanınmış həkim-cərrahı Roqozov bu çətin əməliyyatı Antarktidada həyata keçirib.  


Leonid Roqozov 1959-cu ildə tibb institutunu bitirib və dərhal cərrahiyyə üzrə aspiranturaya daxil olub. O, aspiranturanı başa çatdırmamış 1960-cı il noyabrın 5-də 6-cı Sovet Antarktika Ekspedisiyasının həkimi kimi Antarktidaya gedir. Tezliklə Antarktidada 27 yaşlı cərrahı bütün dünyada məşhur edən bir hadisə baş verir.


29 aprel 1961-ci ildə Leonid özündə narahatedici simptomlar aşkar edir. O, bədənində zəiflik, ürəkbulanma, qızdırma və sağ tərəfində ağrı hiss edir. Antarktikaya gedən 13 nəfərdən ibarət ekspedisiyanın yeganə həkimi olan Leonid özünə kəskin appendisit diaqnozu qoyur. 


Leonid ilk variant kimi mühafizəkar müalicə taktikasını seçir. İstirahət edir, ac qalır, antibiotiklərdən istifadə edir. Amma bu üsullar həkimə kəskin xəstəlikdən xilas olmağa imkan vermir. Ertəsi gün həkimin temperaturu daha da yüksəlir. 


Həmin dövrdə SSRİ-nin Novolazarevskaya stansiyasında kiçik xəstəxana yerləşirdi. Bu stansiya Leonidin məskunlaşdığı yerdən 80 km aralıda idi. Lakin hava şəraiti və təyyarənin olmaması kəskin appendisitdən əziyyət çəkən həkimi stansiyaya çatdırmağa imkan vermirdi.


Yaranmış vəziyyətdə yeganə çıxış yolu Leonidin öz üzərində cərrahi əməliyyat aparması idi.


Leonid meteoroloq və mühəndisin köməyi  ilə 1961-ci il aprelin 30-na keçən gecə öz üzərində cərrahi əməliyyat aparmalı olur. Əməliyyat zamanı əsas vasitələr kiçik dairəvi güzgü və stolüstü lampa idi. 


Özünə lokal anesteziya etmiş Leonid lampanın işığında, güzgüyə baxmaqla iltihablı appendiksi çıxarıb, qarın boşluğunu təmizləyib əməliyyatı başa çatdıra bilir. Gecə yarısına yaxın 1 saat 45 dəqiqə davam edən əməliyyat uğurla yekunlaşır. Beş gündən sonra həkimdə hərarət normallaşır və o iki gündən sonra tikişlərini sökür.


Leonidin cəsarətli əməliyyatı tibb elmində onun nüfuzunu artırdı və bu hadisə bir həkimin qəhrəmanlığı kimi xarakterizə olundu.


Vasif

 



 


OXŞAR XƏBƏRLƏR

Osmanlı Sultanlarının zəhərlənməyə qarşı istifadə etdiyi maraqlı üsul - FOTO

Osmanlı sultanları sarayda sui-qəsd cəhdlərinə qarşı müxtəlif tədbirlər görürdülər. Bu tədbirlərdən birinin yeməklərdə istifadə edilən seladon çini qab olduğu d...

Şener Şenin dublyoru vəfat etdi

Məşhur türk aktyor Şener Şenin dublyoru Hasan Demircan vəfat edib.   Sfera.az xəbər verir ki, o, müalicə aldığı xəstəxanada dünyasını dəyişib. ...

Bakıda ağır qəza: "Mercedes" mağazaya çırpıldı -FOTO

Bakının Səbail rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Əziz Nəzərov və Cavidan İbrah...

Birinci Dünya Müharibəsinin ən qeyri-adi əsgəri: Meymun Ceki

Birinci Dünya Müharibəsində iştirak edən ən qeyri-adi əsgərlərdən biri Ceki adlı meymun olub. Sahibi Cənubi Afrikalı əsgərlə cəbhəyə qoşulan Ceki cəsarətinə gör...

Azyaşlı uşaqlar təhlükəli “TikTok” trendinə görə xəstəxanalıq oldular

Lvovda (Ukrayna) təkcə bir həftə ərzində təcili yardım maşını 10, 11 və 15 yaşlı oğlanları üzlərində əldəqayırma partlayıcılar partlamış xəsarətlərlə xəstəxanal...

Cənubi Koreya məhkəməsi prezidentlə bağlı QƏRAR VERDİ

Cənubi Koreya prezidenti Yun Sok Yolun həbs edilməsinə qərar verilib.   Sfera.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat ...