Yazıçıların 1000-dən çox əlyazmasını oğurladığını etiraf etdi

Yazıçıların 1000-dən çox əlyazmasını oğurladığını etiraf etdi

İtalyan Filippo Bernardini müxtəlif yazıçılardan saxta yolla əldə edilmiş 1000-dən çox nəşr olunmamış əlyazmanı oğurladığını etiraf edib.
 

Sfera.az “The Guardian”a istinadən bildirir ki, Nyu-York federal prokurorluğunun ittiham aktından sonra 30 yaşlı kişi fırıldaqçılıq üzrə ittihamı qəbul edib.
 

Ədəbi dairələrdə bu şəxs bir neçə ildir ki, tanınır. Lakin, yalnız 2022-ci ilin yanvarında FBİ Filippo Bernardini Nyu-Yorkun Con Kennedi hava limanında həbs edib.
 

Filippo Bernardini “Simon & Schuster”də işləyib və nağd pul qazanmaq üçün şirkətin daxili məlumatlar bazasından istifadə edib. O, bəzi simvolları dəyişdirərək, həqiqi nəşriyyatların domen adlarından istifadə edərək, saxta hesablardan yazıçılara e-poçt göndərib. İstintaqın məlumatına görə, həmin şəxs 160-dan çox belə e-poçt qutusu yaradıb.


Yazıçılar və onların nümayəndələri fırıldaqçıya inanaraq ona materialları elektron poçtla göndəriblər. Qurbanlar arasında Marqaret Atvud, İan Makyuan və Sally Runi kimi məşhur müəlliflər də var. 2019-cu ildə Marqaret Atvudun agenti Əhdi-Cədidlərin əlyazmasını əldə etmək cəhdi barədə məlumat verib. 2020-ci ildə “New York Times” bu fırıldaqçının "Normal İnsanlar" kitabının müəllifi Sally Runi, “Kəffarə”ni yazan İan Makkeven və aktyor Ethan Hoku hədəf aldığını bildirib. 2021-ci ildə Stieg Larssonun “Millenium” seriyasının isveçli redaktorlarına özünü italyan həmkarı kimi təqdim edən bir şəxs müraciət edib və tərcümə üçün materialın surətini istəyib.
 

Filippo Bernardininin hərəkətlərinin motivləri sirr olaraq qalır, çünki o, heç vaxt müəlliflərdən girov kimi pul tələb etməyib və oğurlanmış mətnlər ictimai obyektdə və ya internetin “qara bazar”ında yerləşdirilməyib. Filippo 88 min dollar təzminat ödəməyə razı olub, lakin ABŞ qanunlarına görə onu 20 ilə qədər həbs gözləyir. Manhettendə federal məhkəmə aprelin 5-də italyanın taleyinə qərar verməlidir.

 

Aynil
 


OXŞAR XƏBƏRLƏR

Rusiya Odessanı vurdu

Rusiya ordusu Ukraynanın Odessa şəhərinə növbəti dəfə dron zərbəsi endirib.   Sfera.az xəbər verir ki, hücum nəticəsində azı bir nəfər həlak olu...

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya təhvil verilib

İstifadəyə yararsız elektrik batareyalarının düzgün çeşidlənməsi və ekoloji cəhətdən təhlükəsiz şəkildə zərərsizləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvət...

"Biz ABŞ-yə necə etibar edəcəyik?" - Pezeşkian

“Tehran ABŞ-lə danışıqları bərpa etməyə hazırdır”.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud...

Bu rayonda əməliyyat keçirildi - Saxlanılanlar var

Sabunçu rayonunda soyğunçuluq hadisəsi baş verib.   DİN-in Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, iki naməlum şəxs zərərçəkənin 3000 m...

Pezeşkian İsrailin ona sui-qəsd cəhdi etdiyini açıqladı

İsrail hakimiyyəti İran Prezidenti Məsud Pezeşkiana qarşı sui-qəsd cəhdi edib.   Sfera.az xəbər verir ki, bu barədə İran prezidenti Taker Karlso...

Aysun İsmayılovanın keçmiş həyat yoldaşı qızı ilə bağlı paylaşım etdi - FOTO

Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı, vəkil Ramil Vəliyev sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər ver...