Harridən növbəti qalmaqal - Taliban Şahzadəni insanlığa qarşı cinayətdə ittiham etdi

Harridən növbəti qalmaqal - Taliban Şahzadəni insanlığa qarşı cinayətdə ittiham etdi

Şahzadə Harrinin "Ehtiyat" xatirələr kitabı ətrafında qalmaqallar səngimək bilmir.

Sfera.az bildirir ki, xatirə kitabının fəsillərinin vaxtından əvvəl İnternetə sızması nəticəsində qalmaqalların arasına ailə üzvlərindən sonra digər məsələlər də qatılıb. İndi də Əfqanıstanı idarə edən Taliban onu “insanlığa qarşı cinayətlərdə” ittiham edib.
 

Kitabın fəsillərinin birində Şahzadə Harri hərbi xidməti zamanı 25 silahlını necə öldürdüyü haqqında yazıb.
 

Şahzadə xatirələrində 25 Taliban döyüşçüsü öldürdüyünü deyir və onları “insanlar” kimi yox, “taxtadan çıxarılan şahmat fiqurları” kimi qəbul etdiyini yazıb.


Şahzadə deyir: "Bu, məni məmnun etmədi (ürəyimcə deyildi), ama mən utanmadım da".


Harrinin ifşalarına cavab verən Əfqanıstan daxili işlər nazirinin baş köməkçisi Ənəs Haqqani tvitter hesabında :


"Cənab Harri! Öldürdüyünüz şahmat fiqurları deyil, insanlar idi; onların qayıdışını gözləyən ailələri var idi. Onu da deyim ki, əfqan qatillərinin arasında heç də hamıda sizdəki kimi öz hərbi cinayətlərini etiraf edəcək dürüstlük yoxdur”-yazıb.

Açıklama yok.

Talibanın digər sözçüsü, qrupun siyasi ofisinin rəhbəri Suheil Shaheen də Harrinin "insanlığa qarşı cinayət törətdiyini" söyləyib.
 

"Onlar öz ölkələrinin azadlığı uğrunda döyüşənlər, siz isə işğalçılar idiniz. Onların davası qanuni idi. Onlar xalq qəhrəmanı, siz isə onların düşməni idiniz"- deyə Şahin bildirib.
 

O, həmçinin Harrinin insanlığa qarşı cinayətlərə görə məhkəmə tərəfindən dindirilməli olduğunu bildirib və ölkəsinin xalqının Britaniya kral ailəsini "lənətlədiyini" deyib.


Taliban komandiri Molavi Ağa Qol isə Şahzadə Harrinin sadəcə diqqət axtardığını bildirib.

 

"Biz hələ də burada hökmranlıq edirik, amma o, nənəsinin sarayına qaçdı. O, sadəcə diqqəti cəlb etməyə çalışan, danışan, uduzmuş adamdır"-deyə Molavi bildirib.


Şahzadə Harrinin ifşası Britaniya ordusunun da qəzəbinə səbəb olub.
 

Kral Hərbi Dəniz Qüvvələrinin istefada olan zabiti kontr-admiral Kris Parri şahzadə Harrinin açıqlamalarını “duzsuz” adlandırıb. O, qeyd edib ki, 35 illik xidmətində bir dəfə də olsun həmkarlarının “neçə əsgər öldürdüyünü saydığını” eşitməyib.
 

"Təəsüflə qeyd edirəm ki, bu çox yöndəmsiz, duzsuz söhbətdir və ölülərə qarşı hörmətsizlikdir" deyib.
 

Təqaüdə çıxmazdan əvvəl 2003-cü ildə Əfqanıstanda Britaniya qoşunlarına komandanlıq edən keçmiş yüksək rütbəli ordu zabiti, polkovnik Riçard Kemp isə bildirib ki, Harrinin xatirələri tələsikdir və özünü təhlükə altında qoyur.

"O, Britaniya ordusunu digər əsgərlərə insanlar kimi deyil, taxtada şahmat parçaları kimi görmək öyrətdiyi kimi qələmə verir. Amma bu belə deyil. Vəziyyət bunun əksidir"- deyə Kemp bildirib.

Açıklama yok.

O, şahzadənin yazdıqlarının bəzi insanları dünyanın istənilən yerində Britaniya əsgərlərinə hücum etməyə təhrik edə və yenidən gündəmə gələn xatirələrə görə Taliban tərəfdarlarının Harrini öldürməyə sövq edə biləcəyi barədə xəbərdarlıq edib.

 

Xatırladaq ki, şahzadə Harri 10 il Britaniya ordusunda xidmət edib. O, Əfqanıstana iki səfər edib: 2007-2008 və 2012-2013 illər.


2011-ci ildə kapitan rütbəsi və Apaçi Təyyarəsinin komandiri ixtisası alıb. Kapitan Harri Uels, kimi 2015-ci ildə xidmətdən təqaüdə çıxıb.
 

Harri öz xatirələrində qətllərdən başqa bir çox şeyi etiraf edib. Lazımsız və skandal ola biləcək məqamlara toxunub. Məsələn, o, Şimal qütbünə ekspedisiya zamanı penisinin donduğunu və kokaindən necə istifadə etdiyini rəngarəng və bütün çılpaqlığı ilə təsvir edib.

 

Aysel


OXŞAR XƏBƏRLƏR

Osmanlı Sultanlarının zəhərlənməyə qarşı istifadə etdiyi maraqlı üsul - FOTO

Osmanlı sultanları sarayda sui-qəsd cəhdlərinə qarşı müxtəlif tədbirlər görürdülər. Bu tədbirlərdən birinin yeməklərdə istifadə edilən seladon çini qab olduğu d...

Şener Şenin dublyoru vəfat etdi

Məşhur türk aktyor Şener Şenin dublyoru Hasan Demircan vəfat edib.   Sfera.az xəbər verir ki, o, müalicə aldığı xəstəxanada dünyasını dəyişib. ...

Bakıda ağır qəza: "Mercedes" mağazaya çırpıldı -FOTO

Bakının Səbail rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Əziz Nəzərov və Cavidan İbrah...

Birinci Dünya Müharibəsinin ən qeyri-adi əsgəri: Meymun Ceki

Birinci Dünya Müharibəsində iştirak edən ən qeyri-adi əsgərlərdən biri Ceki adlı meymun olub. Sahibi Cənubi Afrikalı əsgərlə cəbhəyə qoşulan Ceki cəsarətinə gör...

Azyaşlı uşaqlar təhlükəli “TikTok” trendinə görə xəstəxanalıq oldular

Lvovda (Ukrayna) təkcə bir həftə ərzində təcili yardım maşını 10, 11 və 15 yaşlı oğlanları üzlərində əldəqayırma partlayıcılar partlamış xəsarətlərlə xəstəxanal...

Cənubi Koreya məhkəməsi prezidentlə bağlı QƏRAR VERDİ

Cənubi Koreya prezidenti Yun Sok Yolun həbs edilməsinə qərar verilib.   Sfera.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat ...