Müharibədən qaçıb dilənçilik edən iki rus həbs olundu - FOTO
Tailandda Surat Thani şəhərində dilənçiliklə məşğul olan iki Rusiya vətəndaşı həbs edilib.
Sfera.az bildirir ki, bu barədə yerli “Pattaya Now” saytında məlumat verilib.
Aleksandr Kurikov (32) və Yevgeni Malaxov (36) şəhərin mərkəzində məskunlaşıb, yoldan keçənlərdən pul və yemək istəyiblər. Onlar tay və ingilis dillərində yazılar hazırlayıb, orduya getməmək üçün Rusiyadan gəldiklərini yazıblar. Onlardan biri gitara çalmaqla diqqət çəkib.
"Kömək edin! Rusiyadan müharibədən qaçdım, müharibəyə görə işimi itirdim, Rusiyaya qayıtmaq istəmirəm. Nəsə ianə edərək kömək edə bilərsinizmi? Mənim üçün yemək varmı?"
Ruslar saxlanılaraq polis bölməsinə aparılıb. Aleksandr Kurikov və Yevgeni Malaxov hüquq-mühafizə orqanlarına 2022-ci il dekabrın 9-da Taylanda gəldiklərini və bütün pullarını bir ay ərzində xərclədiklərini bildiriblər. Rusiyaya uçmaq istəməyən şəxslər Taylandlılardan və turistlərdən kömək istəməyə qərar verib.
İmmiqrasiya rəsmisi verdiyi açıqlamada bildirib ki, saxlanılan şəxslərin hələ də turist vizası var. Ona görə də Taylanddan deport edilməyəcəklər, lakin qeyri-qanuni dilənçiliyə görə cavab verməli olacaqlar. Tailandda mövcud qanuna görə onları 10 min baht (təxminən 300 dollar) cərimə və ya bir ay həbs gözləyir.
Qeyd edək ki, Rusiyada qismən səfərbərlik başlayandan bəri təkcə sentyabr ayından bu günə qədər Taylanda gedən rusların sayı 7 dəfə artıb. Tailand hökuməti Rusiya vətəndaşlarını müharibədən qaçan qaçqınlar deyil, turistlər hesab edir, ona görə də siyasi sığınacaq almaq çox çətindir.
Əvvəllər yazmışdılar ki, ruslar Avropaya getmək üçün oğurlanmış Ukrayna pasportlarından istifadə edirlər. Bu sənədlər Rusiyanın Avito bazarında satılır. Satıcıların sözlərinə görə, Ukrayna vətəndaşına pasportun verilməsi təxminən 1200 dollara başa gəlir.
Aynil