Bakıda qadın avtomobilin qapısını bağlamağı unutdu, başına iş gəldi

Bakıda qadın avtomobilin qapısını bağlamağı unutdu, başına iş gəldi

Bakı sakininin avtomobilindən oğurluq edilib. Sfera.az lent.az-a istinadən bildirir ki, Suraxanı rayon Polis İdarəsinə müraciət edən 1987-ci il təvəllüdlü Cəbiyeva İlahə Elman qızı Əmircan qəsəbəsindəki bazarın qarşısında saxladığı avtomobilin qapısını bağlamağı unutduğunu və 10 dəqiqə sonra geri qayıdarkən maşından xeyli pulun oğurlandığını müəyyən etdiyini bildirib. Şikayətçi avtomobildən 7 yaşlı oğlunun şəxsiyyət vəsiqəsinin də götürüldüyünü əlavə edib.

Araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR