Ağ Evdən Ukraynaya yeni yardım paketi – 3 milyard dollar 

Ağ Evdən Ukraynaya yeni yardım paketi – 3 milyard dollar 

ABŞ Ukraynaya ən böyük hərbi yardım paketini təqdim edib.

 

Sfera.az bildirir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer məlumat verib. O qeyd edib ki, Kiyev 3 milyard dollar məbləğində yardım alacaq.

 

“Birləşmiş Ştatlar yeni hərbi yardım paketini elan etməklə Ukraynanın özünü müdafiə qabiliyyətini təmin etmək üçün davamlı öhdəliyini nümayiş etdirəcək. Eyni zamanda ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinə onun uzunmüddətli hərbi potensialının gücləndirilməsi və Ukrayna Silahlı Qüvvələrinin modernləşdirilməsi üçün 225 milyon dollar da daxildir”, - deyə o söyləyib.

 

Qeyd olunub ki, silahların alınması üçün NATO-nun şərq cinahındakı ABŞ tərəfdaşlarına da 682 milyon dollar da ayrılır.

 

Xatırladaq ki, Qərb ölkələri Kiyevə hərbi və maliyyə yardımı göstərməklə fəal şəkildə dəstək verir. Xüsusilə Almaniya Ukraynaya hərbi dəstəyi yeni səviyyəyə qaldıracaqlarını açıqlayıb. Hazırda Almaniya hakimiyyəti Ukraynaya “Marder” piyada döyüş maşınları və “Patriot” hava hücumundan müdafiə sistemlərinin tədarükü imkanlarını nəzərdən keçirir. Rusiya səfirliyi isə Almaniyanın Milad bayramları ərəfəsində bu davranışını “kinli qərar” adlandırıb.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Bu rayonda əməliyyat keçirildi - Saxlanılanlar var

Sabunçu rayonunda soyğunçuluq hadisəsi baş verib.   DİN-in Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, iki naməlum şəxs zərərçəkənin 3000 m...

Pezeşkian İsrailin ona sui-qəsd cəhdi etdiyini açıqladı

İsrail hakimiyyəti İran Prezidenti Məsud Pezeşkiana qarşı sui-qəsd cəhdi edib.   Sfera.az xəbər verir ki, bu barədə İran prezidenti Taker Karlso...

Aysun İsmayılovanın keçmiş həyat yoldaşı qızı ilə bağlı paylaşım etdi - FOTO

Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı, vəkil Ramil Vəliyev sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər ver...

Azərbaycanda əsgərlik yaşı DƏYİŞİR?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov hərbi xidmətə çağırış yaşının 20 yaşdan yuxarı qaldırılması bar...

İran Prezidentinə sui-qəsdə əl atdılar

İran Prezidenti Məsud Pezeşkian, İsrail hakimiyyətinin ona qarşı sui-qəsd cəhdi etdiyini bildirib.   Sfera.az xarici mediaya istinadən xəbər verir ki...

İsveçin müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırıldı

İsveçin müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. ...