Narkobaronun oğlunun saxlanması kütləvi qırğına səbəb oldu - VİDEO
Yanvarın 5-də Meksikanın Kuliakan şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları hərbçilərlə birlikdə narkobaron El Çaponun oğlunu və Sinaloa narkotik kartelinin lideri olduğu iddia edilən Ovidio Qusman-Lopesi həbs ediblər.
Sfera.az bildirir ki, keçirilmiş əməliyyat tədbirləri şəhərin küçələrində əsl qırğına səbəb olub. Narkotik kartelinin üzvləri təhlükəsizlik qüvvələri ilə atışmağa başlayıb. Nəticədə 10 nəfər həlak olub,29 nəfər yaralanıb.
Hadisənin təfərrüatlarını açıqlayan Sinaloa ştatının qubernatoru Ruben Roşa Moyanın verdiyi məlumata əsasən, Lopezin saxlanılması əməliyyatı zamanı kartel silahlıları təhlükəsizlik qüvvələrinə atəş açıb. Ümumilikdə 12 atışma qeydə alınıb, nəticədə 10 nəfər - iki polis əməkdaşı, beş hərbçi və Lopezin ətrafındakı üç silahlı şəxs ölüb. Mülki sakinlər arasında 3-ü ölü olmaqla 11 nəfər yaralanıb.
Bundan əlavə, şəhərin küçələrində 250 avtomobil yandırılıb. Bu avtomobillərdən küçələrin bağlanması üçün istifadə edilib. Silahlılar təhlükəsizlik qüvvələrinin helikopterlərinə də atəş açıb və Lopezin daşındığı təyyarəni atəşə tutub. Silahlılar narkobaronun mühafizəçilərinin zirehli maşınlarına quraşdırılmış iriçaplı silahların köməyi ilə iki helikopteri sıradan çıxara biliblər.
Regional hakimiyyət orqanları vəziyyətin sabitləşdiyini və narkobaronun Hərbi Hava Qüvvələrinin təyyarəsi ilə uğurla Mexikoya çatdırıldığını, bundan sonra ABŞ-a təhvil veriləcəyini bildirib.
İğtişaşlarla əlaqədar hakimiyyət sakinlərə evlərini tərk etməməyi tövsiyə edib, məktəblərdə və universitetlərdə dərsləri ləğv edib.
Xatırladaq ki, 2020-ci ildə Meksikada məşhur narkobaron Xoakin Qusman Loeranın "El Çapo" kimi tanınan qızına möhtəşəm toy edib. O, Meksikanın ən böyük narkotik karteli Sinaloanın maliyyə direktoru sayılan Blanka Marqarita Kazaresin qardaşı oğlu Edqar Kazareslə evlənib.
Aynil