Brilyantlar, yaqutlar və qızıllar - İnsanlar nasistlərin qoyub getdiyi xəzinəni axtarmaq üçün bu kəndə axın edir

Brilyantlar, yaqutlar və qızıllar - İnsanlar nasistlərin qoyub getdiyi xəzinəni axtarmaq üçün bu kəndə axın edir

Hollandiyanın bir kəndini (Ommeren) "qızıl tələskənliyi” bürüyüb. Metal detektorları ilə silahlanmış xəzinə ovçuları II Dünya Müharibəsi zamanı nasistlərin gizlətdiyi güman edilən xəzinələri tapmağa çalışırlar.
 

Sfera.az “Reuters”ə istinafən bildirir ki, Hollandiya Milli Arxivinin 3 Yanvar tarixi xəritəni dərc etməsindən sonra xəzinə ovçuları daha da fəallaşıblar.
 

Xəritəni əks etdirən araşdırma faylı, məxfi qala biləcəyi maksimum 75 il müddəti bitdiyi üçün bu həftə yayımlanıb.


Xəritənin nasist əsgərlərinin 1944-cü ilin avqustunda bankın bombalanmasından sonra qarət etdikləri brilyant, yaqut, qızıl, gümüş və hər cür qiymətli daşlarla dolu dörd böyük sandığı harada gizlətdiklərini göstərdiyi güman edilir.
 

Bu məlumat insanların təxəyyülünü həyəcanlandırıb. Onlar metal detektorları və kürəkləri ilə silahlanıb Ommeren kəndinə bitişik olan tarlaları kəşf etməyə başlayıblar.
 

Qəsəbənin keçmiş meri, xəzinənin gizləndiyi güman edilən torpaq sahəsinə sahib olan bir fondu idarə edən Klaas Tammes, ölkənin hər yerindən insanların gəldiyini bildirib.
 

Nasistlərin qiymətli daşları və qızılları basdırdıqları iddia edilən yer xəritədə qırmızı xaçla işarələnib.

Açıklama yok.

Xatırladaq ki, 2022-ci ilin sentyabrında Polşa sarayında SS adamlarının dəfinəsindən sikkələr tapılmışdı. Tədqiqatçılar hesab edirlər ki, Reyxsbankın 1942, 1944 və 1945-ci illərdə buraxdığı aşkar edilmiş altı svastika sikkəsi Üçüncü Reyxin zabitlərinin Polşanın Minkovska kəndində keşiyi gizlədə bildiyini təsdiqləyir.


Eyni zamanda Britaniyada evli bir cütlük mətbəx döşəməsinin altında ölkənin ən böyük xəzinəsini tapıb. Xəzinədə 264 sikkə var və onlar Stüart dövrünü əhatə edən 1610-cu ilə aiddir.

 

Aynil


OXŞAR XƏBƏRLƏR

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya təhvil verilib

İstifadəyə yararsız elektrik batareyalarının düzgün çeşidlənməsi və ekoloji cəhətdən təhlükəsiz şəkildə zərərsizləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvət...

"Biz ABŞ-yə necə etibar edəcəyik?" - Pezeşkian

“Tehran ABŞ-lə danışıqları bərpa etməyə hazırdır”.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud...

Bu rayonda əməliyyat keçirildi - Saxlanılanlar var

Sabunçu rayonunda soyğunçuluq hadisəsi baş verib.   DİN-in Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, iki naməlum şəxs zərərçəkənin 3000 m...

Pezeşkian İsrailin ona sui-qəsd cəhdi etdiyini açıqladı

İsrail hakimiyyəti İran Prezidenti Məsud Pezeşkiana qarşı sui-qəsd cəhdi edib.   Sfera.az xəbər verir ki, bu barədə İran prezidenti Taker Karlso...

Aysun İsmayılovanın keçmiş həyat yoldaşı qızı ilə bağlı paylaşım etdi - FOTO

Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı, vəkil Ramil Vəliyev sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər ver...

Azərbaycanda əsgərlik yaşı DƏYİŞİR?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov hərbi xidmətə çağırış yaşının 20 yaşdan yuxarı qaldırılması bar...