Yenə hərbidən qaçış - Bölmədən silahla qaçan rus əsgərləri axtarılır
Belarusun paytaxtından bir qədər aralıda yerli əsgərlər özləri ilə hərbi silah götürərək hərbi hissədən qaçmaqda şübhəli bilinən rus əsgərlərini axtarırlar.
Sfera.az bildirir ki, fərariləri tapmaq üçün yollarda nəzarət-buraxılış məntəqələri quraşdırılıb və yoldan keçən avtomobilləri seçmə qaydada yoxlayırlar.
Xüsusilə də Zaslavye-Kolodişçi avtomobil yolunda keçid məntəqələrindən biri diqqət çəkib. Həmçinin Minsk yaxınlığında şahidlər yerli mağazanın yanında hərbçilərin olduğu avtobus görüblər.
Eyni zamanda, Belarus hüquq-mühafizə orqanları bazara gələnlərdən sayıqlığı artırmağı və şübhəli şəxslər barədə məlumat vermələrini xahiş ediblər.
Xatırladaq ki, Aleksandr Lukaşenko bu gün Belarusun Brest vilayətinin Baranoviçi şəhərindəki 230-cu ümumqoşun Obuz-Lesnovski poliqonunda olub. Burada Belarus-Rusiya birgə regional qüvvələrin qruplaşmasının Rusiya hərbi hissəsi yerləşir.
Bundan əvvəl, ötən gün Belarus Müdafiə Nazirliyi RF Silahlı Qüvvələri ilə birgə təlimlər keçirmək niyyətində olduğunu bildirmişdi. Təlimlərdə Rusiyanın aerokosmik qüvvələrin hərbi birləşmələri iştirak edəcək.
Həmçinin bildirilib ki, yanvarın 5-də Belarus Respublikası Dövlət Sərhəd Komitəsinin saytında Belarus sərhədçilərinin ukraynalı həmkarlarından şikayət etdiyi təbliğat videosu yayılıb. Belaruslular, guya onlara “təhqiredici jestlər” göstərilməsindən və “təxribatlara məruz qalmasından” narazıdırlar.
Aynil