Roma Papası: Mən bu ölkəyə zəngin mədəniyyətinizə heyran olaraq gəlmişəm

Roma Papası: Mən bu ölkəyə zəngin mədəniyyətinizə heyran olaraq gəlmişəm

 

Azərbaycanda səfərdə olmaqdan şadam və məni görüşdüyümüz bu bina kimi yeni binalar sayəsində köklü şəkildə dəyişən bu şəhərdə, ölkənin paytaxtında, Xəzər dənizinin sahilində səmimi qəbul etdiyinizə görə Sizə təşəkkür edirəm.


Sfera.az Trend-ə istinadən xəbər verir ki, bunu Roma Papası Fransisk bu gün Heydər Əliyev Mərkəzində hökümət nümayəndələri, ictimai cəmiyyət və diplomatik korpus ilə görüşündə çıxışı zamanı deyib.


O qeyd edib: "Cənab Prezident, Azərbaycan xalqı və hökuməti adından mənə ünvanladığınız səmimi salamlara və ötən il hörmətli xanımınızla Vatikana səfərinizdən sonra cavab səfəri ilə Sizi ziyarət etmək imkanına görə xüsusilə təşəkkür edirəm. Mən bu ölkəyə tarix boyu bu torpaqlarda məskunlaşan bir çox xalqların töhfəsinin bəhrəsi olan mürəkkəb və zəngin mədəniyyətinizə tam heyran olaraq gəlmişəm. Onlar müasir cəmiyyəti səciyyələndirən və müasir Azərbaycan dövlətinin çiçəklənməsində əks olunan təcrübəyə, dəyərlərə və fərqləndirici əlamətlərə həyat veriblər. Oktyabrın 18-də Azərbaycanda müstəqilliyin iyirmi beş illiyi qeyd olunacaq. Bu hadisə bu onilliklərin, əldə edilmiş tərəqqi və ölkənin üzləşdiyi çətinliklərin nəticələrinə hərtərəfli yekun vurmaq imkanı verir. Bu günə qədər keçilən yol institutların möhkəmləndirilməsi və millətin iqtisadi və vətəndaş artımına kömək istiqamətində atılan əhəmiyyətli səyləri aydın göstərir”.


Roma Papası bildirib ki, bu hamıya, xüsusilə də ən zəif olanlara qarşı daim diqqət tələb edən və multikulturalizmin üstünlüklərilə mədəniyyətlərin bir-birini tamamlamasının zəruriliyini qəbul edən cəmiyyətin sayəsində mümkün olan yoldur: "Bu da öz növbəsində vətəndaş cəmiyyətinin müxtəlif komponentləri və müxtəlif dini konfessiyaların tərəfdarları arasında qarşılıqlı əməkdaşlıq və hörmətə doğru aparır. Dövrümüzdə fərqlilikləri razılığa gətirmək üçün bu ümumi səy xüsusi önəm kəsb edir, çünki bu göstərir ki, başqa ideya və baxışları olan digər şəxslərin hüquqlarını pozmadan öz ideyalarının arxasınca getmək və dünyaya baxmaq olar”.

 


OXŞAR XƏBƏRLƏR

Uşaqlığından bəri kor olmaq istəyən və gözlərinə kimyəvi maddələr tökən qadın - FOTO

Jewel Şupinq adlı qadın illərlə kor olmaq arzusu ilə yaşayıb. Gözləri tamamilə sağlam olsa da, özünü heç vaxt görmə qabiliyyətinə malik insan kimi hiss etməyib....

“Bəxşiş” kimi malikanələr: Milyonerlər üçün gizli şəhərin sakinləri necə yaşayır? - FOTOLAR

Los-Ancelesdən (ABŞ) 23 mil aralıda San Qabriel dağlarının ətəyində gözlərdən uzaq Bradberi şəhəri maraqlı gözlərdən gizlədilib, əyalətdəki sərtlik və həddindən...

Niyə fillər və balinalar kimi daha böyük heyvanların xərçəngə tutulma ehtimalı azdır?
Fillərin və ya balinaların xərçəng kimi ciddi xəstəliklərə tutulma ehtimalının bizdən daha az olduğunu eşitmək əvvəlcə bir az təəccüblü görünə bilər, elə deyilm...

Ərdoğan Azərbaycanla bağlı sazişi təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təbii qaz sahəsində Əməkdaşlıq Sazişi...

Başlıbel qətliamından 32 il ötür

Bu gün Başlıbel qətliamının növbəti ildönümüdür.   Sfera.az xatırladır ki, ermənilərin 1993-cü il aprelin 18-də Kəlbəcər rayonunun Başlıbel kəndində ...

Arı sancması xalq arasında deyildiyi qədər faydalıdırmı?

Arı sancması dedikdə çoxumuzun ağlına əvvəlcə ağrı, sonra şişlik gəlir. Amma bunun şəfa mənbəyi olduğunu düşünənlər də var. Min illərdir istifadə edilən arı zəh...