“Atamın öldüyünü sübut edə bilmirəm” – Tanınmış ekspertdən ETİRAZ

“Atamın öldüyünü sübut edə bilmirəm” – Tanınmış ekspertdən ETİRAZ

Azərbaycanın tanınmış iqtisadçı-ekspertlərindən olan Samir Əliyev bir neçə gün öncə dünyasını dəyişən atası Oqtay Əliyevə görə ölüm kağızı (ölümün qeydə alınmasına dair sənəd) ala bilmədiyinə dair açıqlama verib. 


Sfera.az xəbər verir ki, S.Əliyev üzləşdiyi problemlə bağlı “Facebook” profilində paylaşım edib. 


S.Əliyev paylaşımında qeyd edir ki, o, atasının ölüm kağızını almaq üçün Xırdalan Ailə Sağlamlıq Mərkəzinə müraciət edib və burada gözləmədiyi çətinliklərlə üzləşib:

 

“Məni qeydiyyat şöbəsindən ailə həkimi terapevt Sevinc Qaragözova qəbul etdi. Terapevt dedi ki, atanız Mərkəzdə qeydiyyata düşməyib, onların pasiyenti olmayıb, onun xəstəliyi barədə məlumatsızdırlar. Həkimə bildirdim ki, atam TƏBİB sistemində olan ixtisaslaşmış xəstəxanalarda - Kardiologiya, "Respublikanskiy" xəstəxanalarında müalicə olunub, qeydiyyata alınıb. Hətta əlavə etdim ki, koronavirusa yoluxanda Mərkəzdə qeydiyyatda olub və buradan pulsuz dərman da götürmüşük. Bütün dediklərimin faydası olmadı və terapevt mənə məhkəməyə müraciət etməyi tövsiyə etdi”. 


Məhkəməyə müraciət edən S.Əliyevdən Mərkəzdən imtina kağızı almasını, sonra onun əsasında "pasportstol"dan imtina kağızı əldə etməsini istəyiblər. 


S.Əliyev imtina kağızı almağın da çətinlik yaratdığını söyləyib: “İmtina kağızı üçün təkrarən terapevt xanıma müraciət edəndə bildirdi ki, bunun üçün Xırdalan xəstəxanasına müraciət etməliyəm. Evə qayıdıb TƏBİB-ə zəng vurdum. Onlar da terapevtin dediklərini təkrarlayaraq bunun yolunun məhkəmə olduğunu bildirdilər. Sözgəlişi məsələni araşdıracaqlarını bildirdilər. İndidən cavablarının nə olacağını bilmək çətin deyil. Məhkəmədə olanda yaşlı bir qadın da eyni problemlə bağlı gəlmişdi. Onu da get-gələ salmışdılar”. 


Yaranmış vəziyətlə bağlı S.Əliyev rəsmi qurumlara müraciət edərək suallarının cavablandırılmasını istəyir: “Mən dövlətə atamın rəhmətə getdiyini sübut etmək üçün neyləməliyəm? Ölüm faktı var, təcili tibbi yardım həkimi də faktı qeydə alıb. Atam TƏBİB sistemində qeydiyyatda olubsa və həmin qeydiyyatda onun müalicəsi ilə bağlı məlumatlar varsa, niyə məhkəməyə üz tutmalıyam? 


Ümumiyyətlə, mən niyə atamın ölməyini sübut etməliyəm? Bu daha çox dövlətə lazımdır. Əgər mən ölüm faktını təsdiq edə bilmirəmsə, deməli, o hələ sağdır və hər ay pensiya almaq hüququ qalır. Çox əcayib sistemimiz var”.

 

Vasif

 


OXŞAR XƏBƏRLƏR

Osmanlı Sultanlarının zəhərlənməyə qarşı istifadə etdiyi maraqlı üsul - FOTO

Osmanlı sultanları sarayda sui-qəsd cəhdlərinə qarşı müxtəlif tədbirlər görürdülər. Bu tədbirlərdən birinin yeməklərdə istifadə edilən seladon çini qab olduğu d...

Şener Şenin dublyoru vəfat etdi

Məşhur türk aktyor Şener Şenin dublyoru Hasan Demircan vəfat edib.   Sfera.az xəbər verir ki, o, müalicə aldığı xəstəxanada dünyasını dəyişib. ...

Bakıda ağır qəza: "Mercedes" mağazaya çırpıldı -FOTO

Bakının Səbail rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Əziz Nəzərov və Cavidan İbrah...

Birinci Dünya Müharibəsinin ən qeyri-adi əsgəri: Meymun Ceki

Birinci Dünya Müharibəsində iştirak edən ən qeyri-adi əsgərlərdən biri Ceki adlı meymun olub. Sahibi Cənubi Afrikalı əsgərlə cəbhəyə qoşulan Ceki cəsarətinə gör...

Azyaşlı uşaqlar təhlükəli “TikTok” trendinə görə xəstəxanalıq oldular

Lvovda (Ukrayna) təkcə bir həftə ərzində təcili yardım maşını 10, 11 və 15 yaşlı oğlanları üzlərində əldəqayırma partlayıcılar partlamış xəsarətlərlə xəstəxanal...

Cənubi Koreya məhkəməsi prezidentlə bağlı QƏRAR VERDİ

Cənubi Koreya prezidenti Yun Sok Yolun həbs edilməsinə qərar verilib.   Sfera.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat ...