Ukrayna bu şərtlə atəşkəsə gedəcək: “Krım da daxil olmaqla..”

Ukrayna bu şərtlə atəşkəsə gedəcək: “Krım da daxil olmaqla..”

 

Qərb Ukraynanın silahlandırılmasında növbəti mərhələyə start verib. Bu dəfə hücum xarakterli hərbi texnikanın Ukraynaya göndərilməsinə başlanılır. 

 

Sfera.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən siyasi şərhçi Şahin Cəfərli xatırladıb ki, ABŞ Ukrayna ordusuna "M2 Bradley", Almaniya "Marder" PDM-ləri, Fransa isə "təkərli tank" adlandırılan "AMX-10 RC" zirehli texnikası verəcək:

 

“Britaniya xarici işlər naziri isə bildirib ki, Ukraynaya təqdim edəcəkləri növbəti hərbi yardım paketinə tanklar da daxil ola bilər. Daha bir önəmli qərar odur ki, ABŞ-dan sonra Almaniya hökuməti də Ukraynaya "Patriot" raket kompleksi göndərəcək. Bu barədə prezident Bayden və federal kansler Şolts arasındakı telefon danışığında razılıq əldə olunub.  Hazırda Ukrayna komandanlığı genişmiqyaslı, strateji hücum əməliyyatı planlaşdırır. Müharibənin 2023-cü ildə başa çatıb-çatmayacağını deyə bilmərəm, amma bu il Krım da daxil olmaqla, işğal altındakı ərazilərin böyük hissəsinin azad olunması ehtimalı yüksəkdir”.

 

Ekspert qeyd edib ki, belə bir məqamda Türkiyə prezidentinin atəşkəs təklifi ilə çıxış etməsi isə yanlışdır:

 

“Atəşkəs Ukraynaya yox, Rusiyaya lazımdır və onun maraqlarına uyğundur. İstənilən atəşkəs təklifi Putin rejimini xilas etmək cəhdindən başqa bir şey deyil. Ukrayna yalnız Rusiya qoşunlarının bütün ölkə ərazisini tərk etməsi şərti ilə atəşkəsə gedə bilər”.

 

Türkan

 


OXŞAR XƏBƏRLƏR

Osmanlı Sultanlarının zəhərlənməyə qarşı istifadə etdiyi maraqlı üsul - FOTO

Osmanlı sultanları sarayda sui-qəsd cəhdlərinə qarşı müxtəlif tədbirlər görürdülər. Bu tədbirlərdən birinin yeməklərdə istifadə edilən seladon çini qab olduğu d...

Şener Şenin dublyoru vəfat etdi

Məşhur türk aktyor Şener Şenin dublyoru Hasan Demircan vəfat edib.   Sfera.az xəbər verir ki, o, müalicə aldığı xəstəxanada dünyasını dəyişib. ...

Bakıda ağır qəza: "Mercedes" mağazaya çırpıldı -FOTO

Bakının Səbail rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Əziz Nəzərov və Cavidan İbrah...

Birinci Dünya Müharibəsinin ən qeyri-adi əsgəri: Meymun Ceki

Birinci Dünya Müharibəsində iştirak edən ən qeyri-adi əsgərlərdən biri Ceki adlı meymun olub. Sahibi Cənubi Afrikalı əsgərlə cəbhəyə qoşulan Ceki cəsarətinə gör...

Azyaşlı uşaqlar təhlükəli “TikTok” trendinə görə xəstəxanalıq oldular

Lvovda (Ukrayna) təkcə bir həftə ərzində təcili yardım maşını 10, 11 və 15 yaşlı oğlanları üzlərində əldəqayırma partlayıcılar partlamış xəsarətlərlə xəstəxanal...

Cənubi Koreya məhkəməsi prezidentlə bağlı QƏRAR VERDİ

Cənubi Koreya prezidenti Yun Sok Yolun həbs edilməsinə qərar verilib.   Sfera.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat ...