Dünyanın sayca dördüncü ən yaşlı adamı öldü
ABŞ-ın ən yaşlı insanı Bessi Hendriks 115 yaşında vəfat edib.
Sfera.az xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.
110 yaşdan yuxarı insanları izləmək üzrə ixtisaslaşmış "Gerontological Research Group"un məlumatına görə, Hendriks dünyanın dördüncü ən yaşlı insanı olub.
Bildirilir ki, qadın 1907-ci il noyabrın 7-də Ayova ştatında çoxuşaqlı ailədə anadan olub. Onun beş övladı olub və onlardan üçü anasından əvvəl ölüb. Bessinin həmçinin doqquz nəvəsi, 28 nəticəsi və 42 kötücəsi var.
Hendriks müsahibələrinin birində uzun və uğurlu həyatın sirrini "zəhmət" adlandırmışdı. Övladları anasının uzunömürlülüyünün sirrinin onun güclü xasiyyətində, müstəqilliyində və ən çətin şəraitdə belə təslim olmama bacarığında olduğunu bildiriblər.
İnci