ABŞ Ukrayna üçün təlim keçdiyi hərbçilərin sayını AÇIQLADI
Pentaqonun sözçüsü, Hərbi Hava Qüvvələrinin briqada generalı Patrik Rayder bildirib ki, ABŞ aprel ayından bəri 3100 Ukrayna əsgərinə təlim keçib.
Sfera.az “Kommersant”a istinadən xəbər verir ki, general ümumilikdə ABŞ və digər ölkələrdən Ukraynada döyüşmək üçün 12 min nəfərin təlimdən keçdiyini açıqlayıb.
Onun sözlərinə görə, bir neçə həftədən sonra ukraynalıların tabor səviyyəsində hazırlığına başlanacaq və hər ay 500-ə yaxın insan təlim keçəcək.
Pentaqonun sözçüsü bildirib ki, ukraynalıları “Patriot” sistemindən istifadə etməyə hazırlamaq variantları araşdırılır. O qeyd edib ki, təlimlər ABŞ-da və digər ölkələrdə həyata keçiriləcək.
Qeyd edək ki, ABŞ bu gün Ukraynaya yeni hərbi yardım paketini açıqlayacaq. Qeyri-rəsmi məlumatlara əsasən, yardımın məbləği rekord- 2,85 milyard dollar olacaq.
Vasif