Fransa Ukrayna savaşına qoşulur? – XİN rəhbərindən AÇIQLAMA

Fransa Ukrayna savaşına qoşulur? – XİN rəhbərindən AÇIQLAMA

“Fransa Ukraynaya hərbi yardım göstərməyi öz vəzifəsi hesab edir”.

 

Sfera.az bildirir ki, bunu Fransanın xarici işlər naziri Ketrin Kolonna deyib.

 

O, prezident Emmanuel Makronun vəd etdiyi tankların Kiyevə çatdırılmasının Parisi Ukrayna münaqişəsinə şərik edəcəyinə inanmadığını vurğulayıb.

 

“Ukraynanın BMT Nizamnaməsinə uyğun olaraq müdafiə hüququ var və bizim borcumuz bu işdə ona kömək etməkdir. Niyə? Çünki orada baş verənlər təkcə ukraynalıları narahat etmir. Söhbət  Avropa qitəsindəki sabitlikdən gedir. İndi məqsədimiz dünyada nizam-intizamı və sabitliyi təmin etməkdir ki, hamı dinc şəraitdə yaşaya bilsin”, -  nazir əlavə edib. 

 

Ketrin Kolonna Makronun vəd etdiyi “AMX-10 RC” təkərli tankların dəqiq nə vaxt və hansı miqdarda təhvil verilə biləcəyini açıqlamayıb: “Həmçinin hava hücumundan müdafiəni gücləndirmək lazımdır, bu məsələ dünən Makronun Ukrayna Prezidenti Volodimir Zelenski ilə söhbəti zamanı qaldırılıb”.

 

Xatırladaq ki, ötən gün Makron Zelenski ilə telefon danışığı aparıb. Fransa prezidenti Kiyevi “AMX-10 RC” təkərli tanklarla təmin edəcəyinə söz verib. 17 tonluq döyüş maşını Fransanın “Nexter” şirkəti tərəfindən hazırlanıb və 1976-1994-cü illərdə istehsal edilib.

 

Günay Rəsulqızı

 


OXŞAR XƏBƏRLƏR

Daha 6 baş minaaxtaran it əməliyyatlara cəlb olunacaq

  İşğaldan azad edilmiş ərazilərin bərpası, infrastrukturun yaradılması və təhlükəsiz yaşayış mühitinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası...

Azərbaycanda bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirildi

Azərbaycan ərazisində bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki, uzunmüddətli proqnozlar ümumi qlobal tendensiyalardan xəbər ver...

KİV: "HƏMAS komandiri öldürülüb"

İsrailin Qəzza zolağına endirdiyi hava zərbəsi nəticəsində HƏMAS-ın komandiri Məhəmməd Mansur öldürülüb.   Sfera.az xəbər verir ki, bu barədə “...

FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas etdi

Bu gün səhər saatlarında intihara cəhd hadisəsi olub.   Bu barədə Sfera.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.   Bildirili...

İsrail Qəzzada HƏMAS-ın hücum üçün istifadə etdiyi məktəbi BOMBALADI

İsrail ordusu Qəzza şəhərində keçmiş məktəb daxilində yerləşən komanda otağına HƏMAS-ın bir qrup əməkdaşına qarşı hava hücumu həyata keçirdiyini bildirib. &n...

ADY-nin nümayəndə heyəti Çindən Avropaya blok qatarın yola salınması mərasimində iştirak etdi

Çin Xalq Respublikasında səfərdə olan "Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini Vüsal Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti 8-ci Be...