Köhnə qitədə qazın qiyməti 700 dollardan aşağı düşdü

Köhnə qitədə qazın qiyməti 700 dollardan aşağı düşdü

Bu gün Avropada qazın 1000 kubmetrinin qiyməti 700 dollardan aşağı düşüb.


Sfera.az xəbər verir ki, Avropada qazın qiymətinin 700 dollardan aşağı olması sonuncu dəfə 2021-ci ilin sentyabrında müşahidə olunub. 


Qeyd edək ki, bu qiymətlər gündəlik satılan qazın qiymətidir. Hollandiyanın TTF qovşağında gündəlik satılan qazın fevral fyuçerslərinin qiyməti ticarət başlayanda 696,4 dollar olub. 


Avropada qazın qiymətindəki eniş artıq üçüncü həftədir ki, davam edir. Dekabrın 22-də Avropa İttifaqının qaz qiymətlərinin yuxarı həddini rəsmi olaraq 1 960 dollar müəyyən etməsi ucuzlaşmanı bir qədər də gücləndirib. 


Xatırladaq ki, Avropada qaz qiymətləri uzun müddət 1000 dollardan baha idi, hətta bəzi tarixlərdə qiymətlər 1500 dolları ötmüşdü. Rusiyanın Avropaya qaz ixracını azaltması da qiymət enmələrinin qarşısını ala bilmir. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR

KİV: "HƏMAS komandiri öldürülüb"

İsrailin Qəzza zolağına endirdiyi hava zərbəsi nəticəsində HƏMAS-ın komandiri Məhəmməd Mansur öldürülüb.   Sfera.az xəbər verir ki, bu barədə “...

FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas etdi

Bu gün səhər saatlarında intihara cəhd hadisəsi olub.   Bu barədə Sfera.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.   Bildirili...

İsrail Qəzzada HƏMAS-ın hücum üçün istifadə etdiyi məktəbi BOMBALADI

İsrail ordusu Qəzza şəhərində keçmiş məktəb daxilində yerləşən komanda otağına HƏMAS-ın bir qrup əməkdaşına qarşı hava hücumu həyata keçirdiyini bildirib. &n...

ADY-nin nümayəndə heyəti Çindən Avropaya blok qatarın yola salınması mərasimində iştirak etdi

Çin Xalq Respublikasında səfərdə olan "Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini Vüsal Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti 8-ci Be...

KİV: "Martinika hökuməti şiddətli etirazlardan sonra nümayişləri qadağan edib"

Bu həftənin əvvəlində yaşayış xərclərinin artması ilə bağlı şiddətli etirazların komendant saatı tətbiq edilməsinə səbəb olmasından sonra Martinika hökuməti dör...

Rusiya və Çin birgə dəniz təlimlərinə BAŞLADI

Uzaq Şərqdə Rusiya-Çin dəniz qüvvələrinin “Beybu/Qarşılıqlı əlaqə - 2024” təlimləri başlayıb.   Bu barədə Sfera.az “İnterfaks&...