Paşinyan: "Ermənistan Rusiyadan substantiv addım gözləyir"
"Ermənistan beynəlxalq ictimaiyyətdən, o cümlədən sülhməramlı qoşunları Dağlıq Qarabağda olan BMT Təhlükəsizlik Şurasının üzvü Rusiya Federasiyasından Laçın dəhlizinin qarşısının alınması üçün substantiv addımlar gözləyir".
Sfera.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.
Ermənistan hökumətinin başçısı həmçinin bəyan edib ki, “Laçın dəhlizinin blokadaya alınması Dağlıq Qarabağ və Laçın dəhlizi üzrə beynəlxalq faktaraşdırıcı missiyanın fəaliyyətini daha da zəruri edir və bu istiqamətdə davamlı səylər göstərmək lazımdır”.
Qeyd edək ki, artıq 26-cı gündür ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlılar tərəfindən etiraz aksiyası keçirilir. Aksiya Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə davam etdirilir.
Əzizə Zeynal