Bayramdan sonra əsas problem: İşə necə adaptasiya olaq? - ÜSULLAR

Bayramdan sonra əsas problem: İşə necə adaptasiya olaq? - ÜSULLAR

Bayram günlərindən sonra əksər insanlarda işə adaptasiya ilə bağlı problemlər yaranır. Belə ki, tətil günləri daha gec oyanmağı, dincəlməyi 9-10 saatlıq iş rejimi əvəzləyir. Bu isə öz növbəsində tətil sonrası ilk günlər gərginlik yaradır.


 
Maraqlıdır, bayram sonrası işə tez bir zamanda adaptasiya olmağın hansısa üsulu varmı?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən psixoloq Aytən Ələkbərova adaptasiya məsələsinin fərdi olduğunu deyib:

 

"İnsan orqanizmi bioloji elmlər, şəxsiyyət anlayışı, sosial elmlər konteksində formalaşır. Bunun üçün təbiidir ki, hər fərdin özünəməxsus bioloji xüsusiyyəti olduğu kimi, adaptasiya növləri də olur. Yəni burada insanın adaptasiya olunması fərdin düşüncəsindən və qarşısına qoyduğu planlardan asılı olur. Bu məsələdə artıq emosiya və hisslər özünü göstərməyə başlayır. Bayram günləri işin özəlliyi üçün darıxan tiplər də olur. Məsələn, biz şagirdlərdə də görürük ki, tətil günlərinin sonuna yaxın ilk növbədə rəngli boyaların üzərinə qaçırlar, çantalarına ilk yığmaq istədiyi əşya məhz bu olur. Çünki rənglər dünyası uşaqların özündə yaratdığı adaptasiya növüdür". 

 

Psixoloq böyüklər üçün işə adaptasiya olmağın bir neçə üsulu barədə də danışıb:

 

"Böyüklərdə isə adaptasiya fərqli formada ola bilər. Yaxşı olardı ki, biz bu vaxtlarda fəsil dəyişkənliyinin müsbət tərəflərinə meyl edək. Məsələn, yeni libas almaq üçün alış-veriş edə bilərik. Yaxud da bayram müddətində çəkdiyimiz fotolara baxıb fototerapiya ilə məşğul olmaq və istirahəti mükəmməl keçirməyin qənaətinə gəlmək ən gözəl adaptasiya növüdür".

 

Əzizə Zeynal

 


OXŞAR XƏBƏRLƏR

KİV: "HƏMAS komandiri öldürülüb"

İsrailin Qəzza zolağına endirdiyi hava zərbəsi nəticəsində HƏMAS-ın komandiri Məhəmməd Mansur öldürülüb.   Sfera.az xəbər verir ki, bu barədə “...

FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas etdi

Bu gün səhər saatlarında intihara cəhd hadisəsi olub.   Bu barədə Sfera.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.   Bildirili...

İsrail Qəzzada HƏMAS-ın hücum üçün istifadə etdiyi məktəbi BOMBALADI

İsrail ordusu Qəzza şəhərində keçmiş məktəb daxilində yerləşən komanda otağına HƏMAS-ın bir qrup əməkdaşına qarşı hava hücumu həyata keçirdiyini bildirib. &n...

ADY-nin nümayəndə heyəti Çindən Avropaya blok qatarın yola salınması mərasimində iştirak etdi

Çin Xalq Respublikasında səfərdə olan "Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini Vüsal Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti 8-ci Be...

KİV: "Martinika hökuməti şiddətli etirazlardan sonra nümayişləri qadağan edib"

Bu həftənin əvvəlində yaşayış xərclərinin artması ilə bağlı şiddətli etirazların komendant saatı tətbiq edilməsinə səbəb olmasından sonra Martinika hökuməti dör...

Rusiya və Çin birgə dəniz təlimlərinə BAŞLADI

Uzaq Şərqdə Rusiya-Çin dəniz qüvvələrinin “Beybu/Qarşılıqlı əlaqə - 2024” təlimləri başlayıb.   Bu barədə Sfera.az “İnterfaks&...