Prezident seçkilərində Ərdoğana növbəti rəqib - FOTO
Türkiyədə Demokratiya və Sıçrayış Partiyasının (DEVA) lideri, keçmiş xarici işlər naziri Əli Babacan müxalifətdən Türkiyə prezidentliyinə namizəd olmağa hazır olduğunu bildirib.
Sfera.az xəbər verir ki, Babacanın qeyd etdiyinə görə, Türkiyənin cənub-şərqində, Diyarbəkirdə 6 müxalifət partiyasının yaratdığı ittifaqın yığıncağında partiya liderləri bu “altılıq”a daxil olmayan birini vahid namizəd kimi təsdiq edə bilər.
"Partiyamızda məsləhətləşmələr aparılır, yekunlaşandan sonra "Altılı masa"da vəziyyətlə bağlı baxışımızı təqdim edəcəyik. Təbii ki, altı partiya namizədliyimi dəstəkləsə, mən də namizəd ola bilərəm. Ancaq qərar onların konsensusuna əsaslanaraq verilməlidir”, - deyə siyasətçi qeyd edib.
Xatırladaq ki, Türkiyədə növbəti ümumi seçkilər, yəni həm prezident, həm də parlament seçkiləri 2023-cü il iyunun 18-nə təyin edilib. Türkiyə dövlətinin hazırkı rəhbəri Rəcəb Tayyib Ərdoğan prezidentliyə namizədliyini irəli sürmək niyyətini daha əvvəl açıqlayıb.
Əzizə Zeynal