ABŞ-ın YENİ MANEVRİ: "Artıq Vaşinqtonun Azərbaycan və Ermənistanla bağlı əsas "kartı"... "

ABŞ-ın YENİ MANEVRİ:

ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays ötən gün Ermənistan-Azərbaycan münasibətlərindən söz açıb. O bildirib ki, Ağ Ev hər iki dövlət arasında birbaşa dialoqu asanlaşdırmaq üçün Avropa İttifaqı kimi həmfikir tərəfdaşlar və beynəlxalq təşkilatlarla ikitərəfli əlaqələri davam etdirir. "Bir neçə dəfə dövlət katibinin özünün Ermənistan və Azərbaycandan olan tərəfdaşlarını, həmkarlarını bir araya gətirmək imkanı olub”, deyə o söyləyib.

 

Ned Praysın son açıqlamaları ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov xatırladıb ki, Cənubi Qafqazda ABŞ-la Rusiya arasında mübarizə gedir və hər iki tərəf regiondakı təsir gücünü artırmaq istəyir:

 

“Bunun üçün əvvəllər Qarabağ problemindən istifadə edilirdisə, indi Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması məsələsi əsas “kart"dır. Çünki həm Moskva, həm də Vaşinqton başa düşür ki, Qarabağ problemi artıq həll olunub. İndi Azərbaycanın prioriteti Ermənistanla yekun sülh müqaviləsinin imzalanması və regionda sabitliyin təmin olunmasıdır. Regionda maraqları olan bütün tərəflər, o cümlədən Kreml və Ağ Ev Azərbaycanın bu qayğıları ilə hesablaşmalıdırlar. Əks halda onlar istəklərinə nail ola bilməzlər.  Sözsüz ki, ABŞ səmimi deyil – yoxsa çoxdan Qarabağ məsələsinin həllinə nail olmuşdu. Vaşinqtonu düşündürən yeganə məsələ Cənubi Qafqazdakı maraqlarıdır. Bu mənada nə Blinkenin, nə də Praysın qulağa xoş gələn açıqlamalarına bənd olmalıyıq”.

 

Müsahibimiz deyib ki,  Praysın açıqlamasında Aİ-nin adını çəkməsi təsadüfi deyil:

 

“ABŞ başa düşür ki, indi Ermənistanla Azərbaycan arasında ən real vasitəçi məhz Avropa İttifaqıdır. Etiraf etmək lazımdır ki, Brüsselin vasitəçilik təşəbbüslərinin konkret nəticələri də var.  Bundan başqa, sözçünün bu məsələdə Bakı və İrəvanın iradəsini xüsusi qeyd etməsi də siyasi manevrdir. O, ABŞ-ın tərəflərin mövqelərinə, atdığı və atacağı addımlara hörmətlə yanaşdığını diqqətə çatdırmaq istəyib. Şübhəsiz, Vaşinqton həm də Bakı və İrəvanı özlərinin səmimiliyinə inandırmaq istəyir”.

 

Günay Rəsulqızı

 


OXŞAR XƏBƏRLƏR

Osmanlı Sultanlarının zəhərlənməyə qarşı istifadə etdiyi maraqlı üsul - FOTO

Osmanlı sultanları sarayda sui-qəsd cəhdlərinə qarşı müxtəlif tədbirlər görürdülər. Bu tədbirlərdən birinin yeməklərdə istifadə edilən seladon çini qab olduğu d...

Şener Şenin dublyoru vəfat etdi

Məşhur türk aktyor Şener Şenin dublyoru Hasan Demircan vəfat edib.   Sfera.az xəbər verir ki, o, müalicə aldığı xəstəxanada dünyasını dəyişib. ...

Bakıda ağır qəza: "Mercedes" mağazaya çırpıldı -FOTO

Bakının Səbail rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Əziz Nəzərov və Cavidan İbrah...

Birinci Dünya Müharibəsinin ən qeyri-adi əsgəri: Meymun Ceki

Birinci Dünya Müharibəsində iştirak edən ən qeyri-adi əsgərlərdən biri Ceki adlı meymun olub. Sahibi Cənubi Afrikalı əsgərlə cəbhəyə qoşulan Ceki cəsarətinə gör...

Azyaşlı uşaqlar təhlükəli “TikTok” trendinə görə xəstəxanalıq oldular

Lvovda (Ukrayna) təkcə bir həftə ərzində təcili yardım maşını 10, 11 və 15 yaşlı oğlanları üzlərində əldəqayırma partlayıcılar partlamış xəsarətlərlə xəstəxanal...

Cənubi Koreya məhkəməsi prezidentlə bağlı QƏRAR VERDİ

Cənubi Koreya prezidenti Yun Sok Yolun həbs edilməsinə qərar verilib.   Sfera.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat ...