Rusiyada daha bir biabırçılıq - 69 yaşlı qadın ordunun nüfuzunu salmaqda ittiham olundu

Rusiyada daha bir biabırçılıq - 69 yaşlı qadın ordunun nüfuzunu salmaqda ittiham olundu

Rusiyada sanatoriyada müalicə alan Kabardin-Balkardan olan 69 yaşlı təqaüdçü Olqa Sleqinanın Rusiya ordusunun nüfuzdan salınması ilə bağlı protokol tərtib edilib.
 

“Söhbət zamanı Slegina bildirib ki, ukraynalılar böyükdür – onlar öz ölkələrini müdafiə edirlər, Ukrayna prezidenti Vladimir Zelenski isə ağıllı və yaraşıqlı insandır”– deyə sanatoriyanın tibb işçiləri bildirib.
 

Sfera.az bildirir ki, yaşlı qadının donosunu iki ofisiant həmin vaxt sanatoriyada istirahət edən Federal Penitensiar Xidmətin təqaüddə olan əməkdaşı ilə birgə yazıb.


Jurnalistlərin fikrincə, Rusiya ordusunun gözdən salınması ilə bağlı protokolda Olqa Sleqinanın demədiyi sözlər var. Məsələn, guya təqaüdçü Vladimir Zelenskinin tezliklə Rusiyanı ələ keçirəcəyini və sonra hamının özünü pis hiss edəcəyini söyləyib.
 

Bir neçə gündən sonra hüquq-mühafizə orqanlarının nümayəndələri sanatoriyaya gələrək Sleqini polis bölməsinə aparıblar. Qadını həbs etməklə hədələyib və telefonun içindəkiləri verməsini tələb ediblər.
 

Rusiya mətbuatı onu da yazır ki, polis rəislərindən biri qadından onun haradan gəldiyini və qohumları arasında ukraynalıların olub-olmadığını soruşub. Dindirilmənin sonunda o, Nalçik şəhər məhkəməsinə aparılıb. Hakimin iş yerində olmaması səbəbilə təqsirləndirilən şəxs sərbəst buraxılıb.
 

Dekabrın 29-da isə yaşlı qadına telefonla bildirilib ki, ertəsi gün məhkəmə iclasına gəlməlidir. Dekabrın 30-da polis sanatoriyaya gəlib və ona məhkəməyə gəlməsinin zəruriliyi barədə bir daha məlumat verib.
 

Olqa Slegina səhhətinin pis olduğunu əsas gətirərək iclasa qatılmaqdan imtina edib. O, həmçinin qeyd edib ki, əri əvvəllər Federal Penitensiar Xidmətin strukturlarında həkim işləyib.
 

Xatırladaq ki, Krımda da üç nəfər ictimai yerlərdə ukrayna mahnıları ifa etdiyinə görə həbs edilib. Krımlılar "Rusiya Federasiyası Silahlı Qüvvələrini gözdən salmaqda" və nasist əşyaları və ya simvollarını ictimai şəkildə nümayiş etdirməkdə ittiham olunublar.

 

Aysel


OXŞAR XƏBƏRLƏR

İsrail Qəzzada məktəbi bombaladı, 10 nəfər ÖLDÜ

İsrail ordusu Qəzza şəhərində keçmiş məktəb daxilində yerləşən komanda otağına HƏMAS-ın bir qrup əməkdaşına qarşı hava hücumu həyata keçirdiyini bildirib. &n...

ADY-nin nümayəndə heyəti Çindən Avropaya blok qatarın yola salınması mərasimində iştirak etdi

Çin Xalq Respublikasında səfərdə olan "Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini Vüsal Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti 8-ci Be...

KİV: "Martinika hökuməti şiddətli etirazlardan sonra nümayişləri qadağan edib"

Bu həftənin əvvəlində yaşayış xərclərinin artması ilə bağlı şiddətli etirazların komendant saatı tətbiq edilməsinə səbəb olmasından sonra Martinika hökuməti dör...

Rusiya və Çin birgə dəniz təlimlərinə BAŞLADI

Uzaq Şərqdə Rusiya-Çin dəniz qüvvələrinin “Beybu/Qarşılıqlı əlaqə - 2024” təlimləri başlayıb.   Bu barədə Sfera.az “İnterfaks&...

Daha 6 baş minaaxtaran it əməliyyatlara cəlb olunacaq

  İşğaldan azad edilmiş ərazilərin bərpası, infrastrukturun yaradılması və təhlükəsiz yaşayış mühitinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası...

Zelenski 80 min Ukrayna əsgərinin ölümü ilə bağlı məlumatları təkzib etdi

Ukrayna prezidenti Vladimir Zelenski The Wall Street Journal-ın Ukrayna Silahlı Qüvvələrinin müharibədə artıq 80 min əsgər itirdiyi barədə məlumatlarını təkzib ...