“Türkiyə və Çin bu məsələyə görə mübahisə edir” – Politoloq

“Türkiyə və Çin bu məsələyə görə mübahisə edir” – Politoloq

“Türkiyə ilə Çin arasındakı münasibətlərdə mübahisə yaradan əsas bənd uyğurlarla bağlıdır. Pekin uyğurları assimilyasiya siyasətini davam etdirir, “əmək düşərgələri” praktikasından imtina etmir”.

 

Sfera.az xəbər verir ki, bunu Türkiyə ilə Çin arasında münasibətləri dəyərləndirərkən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib. 

 

E.Şahiboğlu söyləyib ki, Pekinin bu siyasəti Ankaranın narazılığına səbəb olur: “Digər tərəfdən Türkiyədə yaşayan uyğurlar Ankaranın Pekinlə münasibətlərinə yenidən baxmasını tələb edirlər. Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının müttəfiqi Milliyətçi Hərəkat Partiyasıdır. Bu partiya dünyanın müxtəlif ölkələrində türklərin problemlərinə həssas yanaşır. Hakim partiya bunu nəzərə almaq məcburiyyətindədir”.

 

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu 2022-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında Pekinin Türkiyənin Çindəki səfirinin uyğurların yaşadığı Sincan əyalətinə səfərinə 5 ildir icazə vermədiyini və bunun iki dövlət arasındakı əlaqələrə mənfi təsirini etiraf edib. Çavuşoğlu Pekinin Türkiyədən bir heyətin uyğurların yaşadığı bölgəyə səfər edəcəyini vədini xatırladıb, ancaq Çin hakimiyyətinin bu vədini yerinə yetirmədiyini vurğulayıb.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas etdi

Bu gün səhər saatlarında intihara cəhd hadisəsi olub.   Bu barədə Sfera.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.   Bildirili...

İsrail Qəzzada HƏMAS-ın hücum üçün istifadə etdiyi məktəbi BOMBALADI

İsrail ordusu Qəzza şəhərində keçmiş məktəb daxilində yerləşən komanda otağına HƏMAS-ın bir qrup əməkdaşına qarşı hava hücumu həyata keçirdiyini bildirib. &n...

ADY-nin nümayəndə heyəti Çindən Avropaya blok qatarın yola salınması mərasimində iştirak etdi

Çin Xalq Respublikasında səfərdə olan "Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini Vüsal Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti 8-ci Be...

KİV: "Martinika hökuməti şiddətli etirazlardan sonra nümayişləri qadağan edib"

Bu həftənin əvvəlində yaşayış xərclərinin artması ilə bağlı şiddətli etirazların komendant saatı tətbiq edilməsinə səbəb olmasından sonra Martinika hökuməti dör...

Rusiya və Çin birgə dəniz təlimlərinə BAŞLADI

Uzaq Şərqdə Rusiya-Çin dəniz qüvvələrinin “Beybu/Qarşılıqlı əlaqə - 2024” təlimləri başlayıb.   Bu barədə Sfera.az “İnterfaks&...

Prezident Sərəncam İMZALADI

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Hökuməti, “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti və “...