Rusiyanın Zaporojye vilayətindəki itkiləri açıqlandı
Ukrayna Müdafiə Nazirliyi yanvarın 2-də Zaporojye vilayətinə endirdiyi raket və artilleriya zərbələrinin nəticələrini açıqlayıb.
Sfera.az UNİAN-a istinadən xəbər verir ki, Baş Qərargahın “Facebook” səhifəsində açıqlanan məlumata əsasən, raket və artilleriya zərbələri nəticəsində 260-a qədər rus əsgəri məhv edilib və yaralanıb. Məlumatda deyilir ki, yanvarın 2-də Zaporojye vilayətinin Tokmak, Melitopol, Berdyansk, Pologi və Vasilyevka yaşayış məntəqələri ərazilərində Rus ordusunun itkiləri böyük olub: “Hücum zamanı iki silah-sursat anbarı, 10-a qədər müxtəlif təyinatlı hərbi texnika məhv edilib. Hərbiçilərin yerləşmə məntəqəsi vurulub, 260-a qədər hərbçi məhv edilib və yaralanıb”.
Həmin məlumatda 2021-ci ilin fevralından indiyə qədər 108 190 rus əsgərinin öldüyü və minlərlə texnikasını məhv edildiyi də qeyd olunub.
Vasif
Sfera.az