“Şerlok Holms” bundan sonra hamı üçün ictimai mülkiyyət hesab olunacaq

“Şerlok Holms” bundan sonra hamı üçün ictimai mülkiyyət hesab olunacaq

Şerlok Holmsun hekayələri artıq tam ictimai mülkiyyətdədir. Məşhur detektivin ingilis yazıçısı Artur Konan Doyl tərəfindən yaradılmış bəzi mətnləri hələ də ABŞ-da müəllif hüquqları ilə qorunurdu.

 

Sfera.az bildirir ki, 2023-cü ilin gəlişi ilə birlikdə müəllifin əsərlərinə qoyulan bu məhdudiyyət də aradan qaldırılıb.

 

Bədii Əsərlər Qanununa əsasən, müəlliflərin əqli mülkiyyəti onun ölümündən 70 il sonra başa çatır. Bu, Avropanın bir çox ölkəsində keçərlidir. Əslində, dünyanın bir çox ölkələrində Artur Konan Doylun əsərlərinin mühafizəsi 2000-ci ildə başa çatıb. Lakin, müəllifin varislərinin xahişindən sonra Doylun son hekayələri 2023-cü ilə qədər ABŞ-da qorunub.

 

ABŞ qanunlarında 75 il və ya müəllifin ömrü + 50 il kimi fərqli qaydalar tətbiq oluna bilir. 1998-ci il Müəllif Hüququnun Genişləndirilməsi Aktından sonra Doylun son əsərlərinin mühafizəsi daha 20 il müddətinə uzadılıb. Bu gündən etibarən isə Artur Konan Doylun bütün əsərləri ilə Amerikada ictimaiyyətə açıqdır.

 

Aylin


OXŞAR XƏBƏRLƏR