Eda Taşpınarın məsciddən çəkdirdiyi fotoya görə araşdırma başladıldı - FOTO

Eda Taşpınarın məsciddən çəkdirdiyi fotoya görə araşdırma başladıldı - FOTO

Məsciddə verdiyi poza qalmaqalından sonra fotonu sosial media hesabından silən dizayner Eda Taşpınar haqqında Türkiyə cəza qanunları çərçivəsində istintaq başladılıb.

 

Sfera.az bildirir ki, sosial şəbəkələrdə və internet xəbər saytlarında Eda Taşpınarın məsciddə çəkilmiş fotolarının paylaşılmasından sonra İstanbul Prokurorluğu tərəfindən “ictimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək” işi üzrə istintaq başladılıb.

 

Qeyd edək ki, Eda Taşpınar məsciddə obyektiv qarşısına keçərək fotosunu sosial media hesabında "Ad günün mübarək sevgilim" başlığı ilə paylaşıb. Taşpınarın paylaşımına bəzi sosial media istifadəçiləri tərəfindən sərt reaksiya gəldikdən sonra o, şəkli silib.

 

Aynil


OXŞAR XƏBƏRLƏR