İran Rusiya ilə əməkdaşlıq iddialarından hiddətlənib - Nazir Ukraynanı hədələdi

İran Rusiya ilə əməkdaşlıq iddialarından hiddətlənib - Nazir Ukraynanı hədələdi

“İran Ukrayna və Rusiya arasında genişmiqyaslı silahlı münaqişənin tərəfdarı deyil”.

 

Sfera.az bildirir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani deyib.

 

Onun sözlərinə görə, Ukrayna şəhərlərinə zərbələr endirmək üçün fəal şəkildə istifadə edilən “Şahed” dronlarının Rusiyaya satışının davam etdirilməsi ilə bağlı İrana qarşı ittihamlar əsassızdır.

 

Nasser Kanaani iddia edir ki, Tehran silahlı münaqişənin tərəfdarı deyil və Moskva ilə müdafiə sahəsində əməkdaşlıq hələ Rusiya Silahlı Qüvvələrinin Ukraynaya müdaxiləsindən əvvəl həyata keçirilib.

 

"İran Ukraynadakı münaqişənin bir hissəsi deyil və İrana qarşı əsassız ittihamlar bu məsələnin həllinə kömək etməyəcək. İranın digər ölkələrlə müdafiə sahəsində əməkdaşlığı ümumi maraqlara əsaslanır və beynəlxalq qanunlara uyğun həyata keçirilir", - deyə o mətbuat konfransında çıxışı zamanı qeyd edib.

 

İran Xarici İşlər Nazirliyinin nümayəndəsi həmçinin Ukrayna rəhbərliyinə rəsmi Tehrana qarşı ittihamlar səsləndirmək yerinə, böhranı həll etmək yolları axtarmağı və nəzərdən keçirməyi tövsiyə edib. Kənani onu da iddia edib ki, İran və Ukrayna rəsmiləri bu cür bəyanatlarla bağlı fikir mübadiləsi aparıblar, lakin rəsmi Kiyev guya Moskva ilə müdafiə sahəsində əməkdaşlığın davam etdiyinə dair sübut təqdim edə bilməyib.

 

Qeyd edək ki, dekabrın sonunda İran Xarici İşlər Nazirliyi Ukrayna prezidenti Vladimir Zelenskini ABŞ-a rəsmi səfərindən və Konqresdəki çıxışından sonra hədələyib. Xüsusilə diplomat Nasser Kanaani dövlət başçısının Tehranı Rusiya ilə hərbi əməkdaşlığı davam etdirməkdə ittiham etməsindən hiddətlənib.

 

Müharibənin Tədqiqi İnstitutu “ISW” isə öz növbəsində xəbərdarlıq edib ki, Rusiya İrandan Ukraynaya zərbələr endirmək üçün istifadə olunan yeni pilotsuz təyyarələr alıb.

 

Aynil


OXŞAR XƏBƏRLƏR

Estoniya Ukraynaya 510 min avrodan çox vəsait AYIRDI

Estoniya Rusiyanın ölkənin enerji infrastrukturunun təxminən 80 faizini məhv etməsindən sonra Ukraynanın qışa hazırlaşması üçün 510 min avrodan çox vəsait ayırı...

Trabzonda daşqın, bir nəfər itkin düşdü- VİDEO

Türkiyənin Trabzon şəhərində dünəndən yağan güclü yağışlar daşqına səbəb olub.   Sfera.az “TRT Haber”ə istinadən xəbər verir ki, yağış əs...

SOCAR Neft Daşlarında çalışan neftçilərin həyatını əks etdirən yeni film çəkdi

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) neft daşlarında çalışan 4 neftçi dostun həyatını əks etdirən yeni film ərsəyə gətirib.   Sfera.az xəbər verir ...

Ravil Qaynutdin növbəti beş il müddətinə Rusiya müsəlmanlarının ali müftisi SEÇİLDİ

Rusiya müsəlmanlarının VIII Qurultayı keçirilib.   Sfera.az xəbər verir ki, Moskva cümə məscidində keçirilən Rusiya Müsəlmanları Ruhani İdarəsinin Qu...

Azərbaycanlı gənclər daimi yaşamaq üçün hansı ölkələrə gedib? - STATİSTİKA

2023-cü ildə Azərbaycanı daimi yaşamaq üçün 685 gənc tərk edib.  Sfera.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2022-c...

“Wildberries”in ofisi yaxınlığındakı atışma ilə bağlı həbs edilənlərin sayı 19 nəfərə ÇATDI

Moskvanın Meşanski məhkəməsi Rusiya paytaxtının mərkəzində yerləşən “Wildberries” şirkətinin ofisi yaxınlığında baş vermiş atışma ilə bağlı 13 nəfər...