DYP dəhşətli qəza ilə bağlı açıqlama yaydı

DYP dəhşətli qəza ilə bağlı açıqlama yaydı

Baş DYP İdarəsi​ bu gün səhər saatlarında Bakı-Qazax yolunda baş verən dəhşətli qəza ilə bağlı açıqlama yayıb.

 

Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirib ki, bu gün saat 08:20 radələrində Bakı-Qazax yolunun 55 km-də 3 nəqliyyat vasitəsinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib, hadisə nəticəsində avtomobillərdə yanğın başlayıb.

 

İlkin məlumata görə, hadisədə iştirak edən nəqliyyat vasitələrindən biri yanacaqdaşıyan avtomobildir. Əraziyə dərhal Baş DYP İdarəsinin və FHN-nin əməkdaşları cəlb edilib.

 

Hadisə nəticəsində ilkin məlumata görə, 1 nəfər dünyasını dəyişib.

 

DYP əməkdaşları yolda təhlükəsizliyi təmin edərək hərəkətin nizamlanmasını həyata keçirirlər. Hadisə barədə ətraflı məlumat veriləcək.


OXŞAR XƏBƏRLƏR

Makron: Paris Kiyevə silah tədarükünü davam etdirəcək

"Fransa Ukraynanı silahla təmin etməyə davam edəcək və uzunmüddətli perspektivdə təhlükəsizliyin təmin olunmasına kömək edəcək". Sfera.az xəbər v...

9 saat səmada qalan təyyarə qalxdığı hava limanına geri qayıtdı

Bu yaxınlarda “American Airlines” reysi ilə uçan sərnişinlər doqquz saat səmada qaldıqdan sonra təyyarənin qalxdığı hava limanına geri dönüblər. ...

Şagirdlərin zəhərləndiyi deyilən məktəbin valideynləri DANIŞDILAR - VİDEO

Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbdə təhsil alan iki şagirdin zəhərlənməsi ilə bağlı iddialar yayılıb.   Sfera.az bildirir ki, hadisənin məktə...

Quttereş: "Dünyada qlobal fəlakət gözlənilir"

Dünya qlobal iqlim fəlakəti ilə üz-üzədir.   Sfera.az xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreş məlumat verib. Quterreş bildirib ki...

Qoşa Qalanın tək dərdi...- VİDEO

Həm yerli, həm də xarici turistlərin Bakıya gələrkən üz tutduğu məkanlardan biri də İçərişəhər Tarixi Memarlıq Qoruğudur.   Sfera.az-ın məlumatına gö...

Bayden Harrisə Trampı məğlub etmək üçün hansı tövsiyəni verdi?

ABŞ Prezidenti Co Bayden ABC News telekanalına müsahibəsində deyib ki, demokrat namizədə ölkədə qarşıdan gələn prezident seçkilərində qalib gəlmək üçün “ö...