Gəncədə 4 nəfər dəm qazından zəhərləndi

Cəmiyyət
22:50 / 02.01.2023
27309
Gəncə şəhərində dəm qazından zəhərlənmə faktı qeydə alınıb.
Sfera.az-ın "Report"a istinadən məlumatına görə, Gəncə şəhər 1-ci mikrorayon ərazisində yerləşən mənzillərin birində 4 nəfər dəm qazından zəhərlənib.
Zəhərlənən 2005-ci il təvəllüdlü G.Hacıyeva, 1956-cı il təvəllüdlü T.Qurbanova, 1946-cı il təvəllüdlü Q.Qəribov və 1981-ci il təvəllüdlü S.Mirəliyeva xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.