Yeni münasibətə başlayanların NƏZƏRİNƏ: Bunları etsəniz, xoşbəxt olacaqsınız

Yeni münasibətə başlayanların NƏZƏRİNƏ: Bunları etsəniz, xoşbəxt olacaqsınız

Təzə il hər kəs üçün yeni arzular, ümidlər deməkdir. Xüsusilə xoşbəxt bir münasibətə başlamaq və gözəl bir sevgi yaşamaq istəyirsinizsə, sizə kömək edəcək bir neçə ipucu var.

 

Sfera.az bildirir ki,  türkiyəli şəxsi inkişaf mütəxəssisi Turhan Güldaş 2023-cü ildə yeni və xoşbəxt bir birlik arzusunda olanlar üçün 5 əsas tövsiyə verib. Onları təqdim edirik:

 

Pis xatirələrinizi keçmişdə qoyun - Yeni bir səhifə açmağın yolu keçmişi silməkdən keçir. Enerjimizi boş yerə sərf etməmək üçün keçmişdə qalan neqativləri atıb boş səhifə açmalıyıq. Ancaq bunu edərkən ən vacib məqam keçmişdən dərs almaqdır. Biz bu dünyada öyrənmək üçün varıq və hər kəs səhv edir. Keçmişdən dərs almısınızsa, yeni münasibətinizə bir addım irəlidə başlayırsınız.

 

Sosial mediaya çox güvənməyin - Bu gün sosial media vasitəsilə başlayan əlaqələrin sayı keçmişlə müqayisədə xeyli artıb. Texnologiyanın pis tərəfləri ilə yanaşı, yaxşı tərəfləri də var. Lakin sosial mediada yeni biri ilə tanış olduğunuz zaman çox yaxşı analiz etmək vacibdir. Çünki buradakı həyatların 99 faizi real deyil. Fotolar düzəldilir, həyatlar şişirdilir, emosiyalar isə şou üçündür. Odur ki, sosial şəbəkədə kiminləsə rastlaşdığınız zaman gözünüzün önünü “çəhrayı buludlar”  tutmasın.  Ehtiyatlı olun, yaxşı analiz edin və heç vaxt tələsməyin. 

 

Qayğı çoxluğuna diqqət edin - Həddindən artıq diqqət qısa müddətdə cəlbedici olsa da, uzun müddətdə mənfi nəticələrə gətirib çıxara bilər.   Bu cür davranış qarşı tərəfi yora bilər. Yeni bir əlaqəyə başladığınız zaman qarşınızdakı insana qarşı çox güclü hisslər keçirə bilərsiniz, ancaq özünüzü idarə edə bilsəniz, bu, münasibət üçün faydalı olacaq.

 

Əvvəlcə özünüzü sevin - Yeni bir münasibətdə və ya həyatın hər sahəsində özünüzü qiymətləndirməlisiniz. Unutmayın ki, siz özünüzü sevməsəniz və dəyər verməsəniz, başqaları sizi sevməyəcək. Özünüzlə barışıq olmaq düzgün əlaqəyə başlamağınıza imkan verir və ya davam edən bir əlaqəniz varsa, bu, düzgün şəkildə inkişaf edəcək. Bu yolla başqalarının sizə hörmətsizlik etməsinə icazə verməyəcəksiniz.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

Vəkillər Kollegiyası azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət edəcək

Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıq faktları ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edəcək.   Sfera.az...

Rusiyada saxlanılan Şıxlinskinin oğlu mediaya danışdı

Bu gün Yekaterinburqda həbs olunmuş Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski atasının saxlanılması ilə bağlı yerli saytlara açıq...

İllər öncə qətlə yetirilən şəxs Şahin Şıxlinskinin müavini olub

Xəbər verdiyimiz kimi, Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinski saxlanılıb.   Sfera.az-ın məlumatına görə, Ş.Şıxlin...

Yekaterinburqda 50 azərbaycanlı saxlanıldı

Bu gün Yekaterinburqda 50 azərbaycanlı saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Kütləvi İnformasiya Vasitələrinin (KİV) yaydığı məluma...

Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya

BMT Rusiya ilə Azərbaycan arasında münasibətlərdə artan gərginlikdən xəbərdardır və ümid edir ki, ölkələr öz fikir ayrılıqlarını diplomatik yollarla həll edəcək...

Eks-səfir:"Yaranmış vəziyyət bütün region üçün kifayət qədər riskli və həssasdır"

“Rusiya İmperiyası bütün tarixi dönəmlərində ərazisində yaşayan digər xalqları hər zaman əzərək milli qürurunu və xasiyyətini sındırıb özünə tabe etmə siy...