Qəzada ölənlərdən ikisi nişanlı imiş

Qəzada ölənlərdən ikisi nişanlı imiş

Ötən gün Bakıda 5 nəfərin ölümü ilə nəticələnən yol qəzasının bəzi təfərrüatları məlum olub.

 

Sfera.az APA-ya istinadən xəbər verir ki, “Mercedes” markalı minik avtomobilinin ölən sürücüsü Goranboy rayon sakini 25 yaşlı Vüqar Abdulayev, onun sərnişinləri Goranboy rayon sakini 25 yaşlı Jalə Aslanova və Samux sakini 29 yaşlı Aytəkin Allahyarova Yeni il bayramı münasibəti ilə Bakıya gəzməyə gəliblərmiş.

 

Jalə Aslanova Vüqar Abdullayevin nişanlısı, Aytəkin Allahyarova isə xalası qızı olub.

 

Xatırladaq ki, ağır yol-nəqliyyat hadisəsi yanvarın 1-i paytaxtın Heydər Əliyev prospektində qeydə alınıb. Hadisə "Mercedes" markalı avtomobilin dirəyə çırpıldıqdan sonra “Toyota Prius”un qarşısına çıxması nəticəsində baş verib.

 

Qəza nəticəsində “Mercedes”də olan 3 nəfər hadisə yerində, “Toyota Prius”da olan 2 nəfər isə xəstəxanada vəfat edib. Ağır qəzada ölənlər sürücülər 1997-ci il təvəllüdlü Vüqar Abdullayev, 1994-cü il Pərviz Əlizadə, onların sərnişinləri 1994-cü il təvəllüdlü Aytəkin Allahyorava, 2001-ci il təvəllüdü Könul Namazova, 1997-ci il təvəllüdlü Jalə Aslanovadır.

 



OXŞAR XƏBƏRLƏR

İlhamə Elşadqızı məhkəmədə ifadə verdi - FOTO

"TikTok"da əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməliyyatlarla bağlı həbs olunan şair İlhamə Elşadqızı barəsində olan cinayət işi üzrə məhkəmə pros...

Putinin səssizliyi Trampı əsəbləşdirdi: “İkinci sanksiyalar qapıdadır”

ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putinin İstanbulda keçiriləcək atəşkəs danışıqlarına qatılıb-qatılmayacağı ilə bağlı açıqlama verib. Tra...

Daşkəsəndə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib

Mayın 14-də saat 00:30 radələrində 3 nəfər (1-i qadın, 2-si kişi cinsli olmaqla) dəm qazından zəhərlənmə şübhəsilə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının Təcili ...

İdeal evlilik yaşı açıqlanıb - "Evlənməyin də öz vaxtı var"

“Tənhalıq insana xas bir xüsusiyyət deyil. Bir insan ailə qurarkən bunun necə məsuliyyətli bir iş olduğunu dərk etməlidir”.   Sfera.az Te...

Türkiyədə sudan zəhərlənən 80 nəfər xəstəxanaya müraciət edib

Türkiyənin Bolu vilayətinin 4 kəndində içməli su ilə əlaqədar kütləvi zəhərlənmə baş verib.   Sfera.az Trend-ə isinadən xəbər verir ki, bu barədə Tür...

Rusiyada“WhatsApp” MMC və “Signal Messenger” MMC cərimələndi

Moskvanın Taqanski Rayon Sülh Məhkəməsi “WhatsApp” və “Signal” messencerlərini Rusiya qanunlarına tabe olmamaqda günahlandırıb.  ...