Şakiradan Pikeyə AĞIR SÖZLƏR: “Yaxşı insanlar ədəbsizlərdən çoxdur”
Məşhur müğənni Şakira sevgilisi olmuş “Barselona”nın futbolçusu Jerard Pike haqqında sərt ifadələr işlədib.
Sfera.az bildirir ki, ifaçı sosial media hesabından paylaşım edib. "Bu yeni ildə hələ də yaralarımız olsa da, zaman sağaldacaq. Kimsə bizə xəyanət etsə belə, güvənməyə davam etməliyik. Başqasını qiymətləndirməyin, özünüzə dəyər verin. Çünki yaxşı insanlar ədəbsizlərdən qat-qat çoxdur. Gedənlər daha azdır, yanımızda qalanlar isə çox”, deyə Şakira bildirib.
Müğənni fikirlərini bu cür davam etdirib: “Göz yaşlarımız hədər getmir, gələcəyin yaradan torpağı sulayır və bizi daha çox insan edir. Beləliklə, ürək ağrısına rəğmən, sevməyə davam edə bilirik”.
Qeyd edək ki, ispaniyalı futbolçu Jerard Pike Şakiraya xəyanət edib. Nəticədə aldadılan məşhur müğənni 12 ildir birlikdə olduğu, iki övladının atasından ayrılmaq qərarına gəlib.
Türkan