Son günlər əhali arasında yayılan virus nədir? – Mütəxəssisdən AÇIQLAMA

Son günlər əhali arasında yayılan virus nədir? – Mütəxəssisdən AÇIQLAMA

Dekabr ayından başlayaraq, ilkin klinik əlamətlərindən biri temperaturun kəskin yüksəlməsi olan virus infeksiyasının sürətli artımı müşahidə edilir. Bu hal isə əhali arasında müəyyən narahatlığa səbəb olub.

 

Sfera.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən tibb elmləri doktoru, professor Musa Qəniyev deyib ki, hazırda viral infeksiyada müşahidə olunan artım  fəsli patogen viruslarda baş verən aktivliklə əlaqədardır:

 

“Bu hal təbiətin mütləq qanunlarından irəli gələn və hər il müşahidə edilən, lakin COVİD-19 pandemiyasına qədər heç vaxt yada düşməyən adi və normal bir vəziyyətdir.  Aminturşu ardıcıllığında destruktiv fərqliliyə görə, hazırkı infeksiyalar məlum metodoloji testlərə selektiv dominant genom ardıcıllığı göstərməməli, ekliptik hərəkət boyunca ardıcıl növbələşən 3 dalğa şəklində davam etməlidir. Hazırda müşahidə edilən isə birinci dalğadır. Onun sönməsi yanvar ayının  ilk ongünlüyünün sonuna təsadüf etməlidir. İnfeksiyanın ikinci dalğası yanvar ayının növbəti yarısında başlamalı, sönməsi fevral ayının ilk ongünlüyünə təsadüf etməlidir”.

 

Mütəxəssisin sözlərinə görə, virusun üçüncü dalğası fevral ayının son ongünlüyündən başlayıb Novruz bayramına qədər davam etməlidir:

 

“Başqa sözlə desək, hazırkı viral infeksiyanın növbələşən artım və sönmə dövrü birinci mərhələdə 40 gün, ikinci mərhələdə 20 gün, sonuncu mərhələdə isə 1 aya qədər davam etməlidir.  Hələ aylar öncə günəşin ekliptik vəziyyətindən mütləq asılılıq səbəbindən viral infeksiyaların fəsilə bağlı sıçrayışlı artımı haqqında dəfələrlə məlumat vermişdim. Bunun qanunauyğun, qaçılmaz və normal bir hal olduğunu bildirmişəm. Hazırkı klinik durum antibakterial və ya antiviral müalicə proseduru tələb etmir. Yalnız yüksək temperatur zamanı 1-2 qəbula brufen və ya parasetamolun istifadəsi, maye qəbulu və qısa müddətli istirahət tövsiyyə olunur”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Osmanlı Sultanlarının zəhərlənməyə qarşı istifadə etdiyi maraqlı üsul - FOTO

Osmanlı sultanları sarayda sui-qəsd cəhdlərinə qarşı müxtəlif tədbirlər görürdülər. Bu tədbirlərdən birinin yeməklərdə istifadə edilən seladon çini qab olduğu d...

Şener Şenin dublyoru vəfat etdi

Məşhur türk aktyor Şener Şenin dublyoru Hasan Demircan vəfat edib.   Sfera.az xəbər verir ki, o, müalicə aldığı xəstəxanada dünyasını dəyişib. ...

Bakıda ağır qəza: "Mercedes" mağazaya çırpıldı -FOTO

Bakının Səbail rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Əziz Nəzərov və Cavidan İbrah...

Birinci Dünya Müharibəsinin ən qeyri-adi əsgəri: Meymun Ceki

Birinci Dünya Müharibəsində iştirak edən ən qeyri-adi əsgərlərdən biri Ceki adlı meymun olub. Sahibi Cənubi Afrikalı əsgərlə cəbhəyə qoşulan Ceki cəsarətinə gör...

Azyaşlı uşaqlar təhlükəli “TikTok” trendinə görə xəstəxanalıq oldular

Lvovda (Ukrayna) təkcə bir həftə ərzində təcili yardım maşını 10, 11 və 15 yaşlı oğlanları üzlərində əldəqayırma partlayıcılar partlamış xəsarətlərlə xəstəxanal...

Cənubi Koreya məhkəməsi prezidentlə bağlı QƏRAR VERDİ

Cənubi Koreya prezidenti Yun Sok Yolun həbs edilməsinə qərar verilib.   Sfera.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat ...