Səddam Hüseynlə bağlı 20 illik sirr DEŞİFRƏ OLDU: Onu tutan əsgər danışdı..

Səddam Hüseynlə bağlı 20 illik sirr DEŞİFRƏ OLDU: Onu tutan əsgər danışdı..

İraq lideri Səddam Hüseynin 2003-cü ildə ələ keçirildiyi əməliyyatla bağlı yeni məlumatlar ortaya çıxıb.

 

Sfera.az bildirir ki, Səddam Hüseyni əsir alan əsgərin son açıqlaması 20 illik sirri deşifrə edib.  “Daily Mail” qəzetində yer alan xəbərə görə, Kevin Holland adlı əsgər daxil olan bildirişlə bölgəyə getdiklərini deyib. Texas əsgərinin Səddamı gizləndiyi yerdən çıxardığını bildirən Holland devrilmiş lideri yanında silah olması ehtimalını nəzərə alaraq saxladıqlarını söyləyib. Ardınca Səddamın əl-qolunu bağladıqlarını vurğulayan Holland həmçinin, ona “Prezident Buşun salamı var”, dediklərini də əlavə edib. “Səddam bizə ingiliscə danışıqlara açıq olduğunu dedi. Amma biz ona “artıq gecdir” cavabını verdik”, deyə Kevin bildirib.

 

Çəkdikləri görüntülərin ABŞ mətbuatında dərc olunduğunu deyən Holland devrilmiş liderin bu qədər müddət bir çuxurda necə sağ qaldığı sualını da cavablandırıb. O, “Səddam Hüseyn orada çox qalmadı”, deyə bildirib. Holland əlavə edib ki, Səddamın bölgədə iki mühafizəçisi var idi.

 

Xatırladaq ki, Səddam Hüseyn 2003-cü ildə ABŞ və Böyük Britaniyanın rəhbərliyi altındakı çoxmillətli koalisiya qoşunlarının İraqı işğal etməsi nəticəsində hakimiyyətdən devrilib. Həmin il dekabrın 13-də Tikritdə həbs olunub və İraq məhkəməsinin 2006-cı il 5 noyabr tarixli qərarı ilə ölümə məhkum edilib. 2006-cı il dekabrın 30-da İraq Ali Məhkəməsinin qərarına əsasən insanlıq suçundan asılaraq edam olunub.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Osmanlı Sultanlarının zəhərlənməyə qarşı istifadə etdiyi maraqlı üsul - FOTO

Osmanlı sultanları sarayda sui-qəsd cəhdlərinə qarşı müxtəlif tədbirlər görürdülər. Bu tədbirlərdən birinin yeməklərdə istifadə edilən seladon çini qab olduğu d...

Şener Şenin dublyoru vəfat etdi

Məşhur türk aktyor Şener Şenin dublyoru Hasan Demircan vəfat edib.   Sfera.az xəbər verir ki, o, müalicə aldığı xəstəxanada dünyasını dəyişib. ...

Bakıda ağır qəza: "Mercedes" mağazaya çırpıldı -FOTO

Bakının Səbail rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Əziz Nəzərov və Cavidan İbrah...

Birinci Dünya Müharibəsinin ən qeyri-adi əsgəri: Meymun Ceki

Birinci Dünya Müharibəsində iştirak edən ən qeyri-adi əsgərlərdən biri Ceki adlı meymun olub. Sahibi Cənubi Afrikalı əsgərlə cəbhəyə qoşulan Ceki cəsarətinə gör...

Azyaşlı uşaqlar təhlükəli “TikTok” trendinə görə xəstəxanalıq oldular

Lvovda (Ukrayna) təkcə bir həftə ərzində təcili yardım maşını 10, 11 və 15 yaşlı oğlanları üzlərində əldəqayırma partlayıcılar partlamış xəsarətlərlə xəstəxanal...

Cənubi Koreya məhkəməsi prezidentlə bağlı QƏRAR VERDİ

Cənubi Koreya prezidenti Yun Sok Yolun həbs edilməsinə qərar verilib.   Sfera.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat ...