III Dünya Müharibəsi bu bölgələrdən başlayacaq - İDDİA

III Dünya Müharibəsi bu bölgələrdən başlayacaq - İDDİA

“Ukrayna, Tayvan və Koreya yarımadası III Dünya Müharibəsinin potensial olaraq başlaya biləcəyi ərazilərdir”.

 

Sfera.az bildirir ki, bunu rusiyalı senator Aleksey Puşkov deyib. O, bu barədə “Telegram” hesabında paylaşım edib.  “Ukrayna, Tayvan və Koreya yarımadası dünyanın aparıcı güclərinin iştirakı ilə hərbi münaqişəyə səbəb ola biləcəyi üç yerdir. Ukrayna qlobal toqquşma üçün ən çox ehtimal olunan yer olaraq qalır”, deyə Puşkov vurğulayıb.

 

O həmçinin qeyd edib ki,  Yunanıstanla Türkiyə, Hindistanla Çin arasındakı ərazi mübahisələri genişmiqyaslı qlobal münaqişəyə başlamaq üçün çox kiçik səbəb olacaq. 

 

Qeyd edək ki, bəzi analitiklər bundan əvvəl ABŞ-da Üçüncü Dünya müharibəsinin 2023-cü ildə başlaya biləcəyini deyiblər. Amerikalı hərbi analitik Robert Farli vurğulayıb ki, artıq 2022-ci ildə dünya böyük dövlətlərin müharibəsinə yaxınlaşıb. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev də gələcəkdə Qərb ölkələrinin ittifaqlarının mövcudluğunu dayandıracağını söyləyib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Osmanlı Sultanlarının zəhərlənməyə qarşı istifadə etdiyi maraqlı üsul - FOTO

Osmanlı sultanları sarayda sui-qəsd cəhdlərinə qarşı müxtəlif tədbirlər görürdülər. Bu tədbirlərdən birinin yeməklərdə istifadə edilən seladon çini qab olduğu d...

Şener Şenin dublyoru vəfat etdi

Məşhur türk aktyor Şener Şenin dublyoru Hasan Demircan vəfat edib.   Sfera.az xəbər verir ki, o, müalicə aldığı xəstəxanada dünyasını dəyişib. ...

Bakıda ağır qəza: "Mercedes" mağazaya çırpıldı -FOTO

Bakının Səbail rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Əziz Nəzərov və Cavidan İbrah...

Birinci Dünya Müharibəsinin ən qeyri-adi əsgəri: Meymun Ceki

Birinci Dünya Müharibəsində iştirak edən ən qeyri-adi əsgərlərdən biri Ceki adlı meymun olub. Sahibi Cənubi Afrikalı əsgərlə cəbhəyə qoşulan Ceki cəsarətinə gör...

Azyaşlı uşaqlar təhlükəli “TikTok” trendinə görə xəstəxanalıq oldular

Lvovda (Ukrayna) təkcə bir həftə ərzində təcili yardım maşını 10, 11 və 15 yaşlı oğlanları üzlərində əldəqayırma partlayıcılar partlamış xəsarətlərlə xəstəxanal...

Cənubi Koreya məhkəməsi prezidentlə bağlı QƏRAR VERDİ

Cənubi Koreya prezidenti Yun Sok Yolun həbs edilməsinə qərar verilib.   Sfera.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat ...