COVİD-19-u təxmin edən kahindən QORXULU PROQNOZ: 2023-cü ildə..
Braziliyada “Yaşayan Nostradamus” kimi tanınan və pandemiya, o cümlədən Kraliça Elizabetin ölümü ilə bağlı dəqiq proqnozları ilə tanınan Athos Salomedən qorxulu iddialar gəlib.
Sfera.az bildirir ki, 35 yaşlı öncəgörücü “Daily Star”a açıqlama verib. O, Dəcalla bağlı bir sıra fikirlər irəli sürüb. “Hər kəsin düşündüyünün əksinə, Dəccal Avropadan gəlmir . O, 2023-2026-cı illər arasında özünü tam şəkildə göstərəcək. Müqəddəs kitablar Dəccalı bir varlıq kimi qəbul etsə də, bu, onun tək bir insanda təcəssüm etdirilməsi demək deyil. Əslində, Dəccal artıq hazırdır və fəaliyyətdədir”, deyə Salome söyləyib.
Qeyd edək ki, sözügedən Dəccal - İslam dininə görə Qiyamət gününə, Mehdinin zühuruna yaxın çox nəhəng uzunqulağa minib zühur edərək insanları dindən uzaqlaşdıracaq əfsanəvi şəxsdir. Xristian dinində isə o, İsa peyğəmbərin düşməni olaraq bildirilir.
Türkan