Dəhşətli qəzada vəfat edən “Toyota Prius”un sürücüsünün FOTOLARI

Dəhşətli qəzada vəfat edən “Toyota Prius”un sürücüsünün FOTOLARI

Xəbər verdiyimiz kimi, dünən Bakıda ağır yol qəzası baş verib.

 

Hadisə "Toyota Prius” və "Mercedes C Class”ın iştirakı ilə qeydə alınıb.

 

Məlumata görə, hadisə "Mercedes" markalı avtomobilin "Toyota"nın yoluna çıxması nəticəsində baş verib. 

 

Nəticədə avtomobillərdə olan 3 nəfər hadisə yerində keçinib. Müxtəlif bədən xəsarətləri ilə tibb müəssisələrinə yerləşdirilən iki nəfərin də həyatını xilas etmək mümkün olmayıb. 

 

Bunlar "Mercedes" markalı avtomobilin sürücüsü, 1997-ci il təvəllüdlü Vüqar Abdullayev, onun sərnişinləri - 1994-cü il təvəllüdlü Aytəkin Allahyarova, 1997-ci il təvəllüdlü Jalə Aslanova və 2001-ci il təvəllüdlü Könül Namazova, həmçinin "Toyota" markalı avtomobilin sürücüsü, 1994-cü il təvəllüdlü Pərviz Əlizadədir. 

 

Qəzada vəfat edən "Toyota Prius"un sürücüsü Pərviz Əlizadənin fotolarını təqdim edirik:

 

 

 

AZXEBER.COM


OXŞAR XƏBƏRLƏR