Bu ölkəyə gedənlərin NƏZƏRİNƏ: COVİD-19-un yeni ştamı sürətlə yayılır

Bu ölkəyə gedənlərin NƏZƏRİNƏ: COVİD-19-un yeni ştamı sürətlə yayılır

ABŞ yeni ilə koronavirusun yeni dalğası ilə girib.

 

Sfera.az bildirir ki, “Omikron”nun alt variantı olan “XBB.1.5” ölkədə sürətlə yayılmağa başlayıb. Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) məlumatına görə, “XBB.1.5” kimi tanınan ştam ABŞ-da yoluxma faktlarının ümumilikdə 41 faizini təşkil edir. Cəmi yeddi gün əvvəl isə mutasiya nisbəti ümumi halların 21 faizini təşkil edib.

 

İlk dəfə noyabr ayında görülən varianta ölkənin şimal-şərq hissələrində daha çox rast gəlinib. “XBB.1.5” hazırda Nyu-Yorkdan Meynə qədər sahilyanı ştatlarda yoluxma faktlarının 70 faizindən çoxunu təşkil edir. Milad və Yeni il ərəfəsini əhatə edən tətil mövsümündə səfərlərin sayının artdığına diqqət çəkən mütəxəssislər bunun mənfi nəticələrinin yanvarın ilk həftələrində görünə biləcəyi barədə xəbərdarlıq ediblər. 

 

ABŞ-ın Cons Hopkins Universitetinin virusoloqu Endryu Pekoş bildirib ki, “XBB.1.5”də hüceyrələrə daha yaxşı bağlanmağa imkan verən əlavə mutasiya var və bu, onun immunitetə müqavimət qabiliyyətini artırır. Pekoşun sözlərinə görə, yeni mutasiya insanları xəstələndirməkdə sələflərindən daha bacarıqlıdır. Yoluxucu xəstəliklər üzrə mütəxəssis Antoni Fauci isə bildirib ki, yeni COVID-19 gücləndirici peyvəndləri “XBB” variantına qarşı müəyyən qorunma təmin edə bilsə də, bu, ən yüksək səviyyədə olmayacaq. Bununla belə, mutasiyanın ağır xəstəliyə səbəb olduğuna dair çox az məlumat var. 

 

Xatırladaq ki, 2022-ci ilin son həftəsində 2530 amerikalı virusdan ölüb. 

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Osmanlı Sultanlarının zəhərlənməyə qarşı istifadə etdiyi maraqlı üsul - FOTO

Osmanlı sultanları sarayda sui-qəsd cəhdlərinə qarşı müxtəlif tədbirlər görürdülər. Bu tədbirlərdən birinin yeməklərdə istifadə edilən seladon çini qab olduğu d...

Şener Şenin dublyoru vəfat etdi

Məşhur türk aktyor Şener Şenin dublyoru Hasan Demircan vəfat edib.   Sfera.az xəbər verir ki, o, müalicə aldığı xəstəxanada dünyasını dəyişib. ...

Bakıda ağır qəza: "Mercedes" mağazaya çırpıldı -FOTO

Bakının Səbail rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Əziz Nəzərov və Cavidan İbrah...

Birinci Dünya Müharibəsinin ən qeyri-adi əsgəri: Meymun Ceki

Birinci Dünya Müharibəsində iştirak edən ən qeyri-adi əsgərlərdən biri Ceki adlı meymun olub. Sahibi Cənubi Afrikalı əsgərlə cəbhəyə qoşulan Ceki cəsarətinə gör...

Azyaşlı uşaqlar təhlükəli “TikTok” trendinə görə xəstəxanalıq oldular

Lvovda (Ukrayna) təkcə bir həftə ərzində təcili yardım maşını 10, 11 və 15 yaşlı oğlanları üzlərində əldəqayırma partlayıcılar partlamış xəsarətlərlə xəstəxanal...

Cənubi Koreya məhkəməsi prezidentlə bağlı QƏRAR VERDİ

Cənubi Koreya prezidenti Yun Sok Yolun həbs edilməsinə qərar verilib.   Sfera.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat ...