NATO baş katibindən Qərbə ÇAĞIRIŞ: “Hazır olun!”
NATO-nun baş katibi Yens Stoltenberq Qərb ölkələrini Ukraynada uzunmüddətli münaqişəyə hazırlaşmağa çağırıb.
Sfera.az bildirir ki, bu barədə o, “BBC British Broadcasting Corporation”a verdiyi müsahibədə danışıb. "Biz uzun bir səyahətə hazır olmalıyıq", deyən Stoltenberqin fikrincə, Rusiya Ukraynadakı məqsədlərindən əl çəkmək niyyətində deyil.
NATO-nun baş katibi hesab edir ki, Rusiya Federasiyasındakı səfərbərlik qoşunların mümkün yeni hücum cəhdindən xəbər verir. Moskva ilə Kiyev arasında sülhün bağlanmasının mümkünlüyündən danışan Yens münaqişənin nizamlanmasına dair razılaşmanın şərtlərinin döyüş meydanındakı vəziyyətdən asılı olacağını vurğulayıb.
“Əksər müharibələr sülh danışıqları ilə başa çatır. Çox güman ki, bu müharibədə də belə olacaq. Amma biz bilirik ki, Ukrayna üçün sülhün bağlanacağı şərtlər tamamilə döyüş meydanında qüvvələr balansından asılıdır. Digər tərəfdən Rusiyanı danışıqlar masası arxasına oturmağa və Ukraynanı Avropanın suveren, müstəqil dövləti kimi tanımağa inandırmaq üçün Qərbin hərbi yardımını davam etdirməsini zəruri hesab edirəm”, - deyə o bildirib.
Günay Rəsulqızı