Masa Başında Çalışanlar Necə Qidalanmalıdır?

Masa Başında Çalışanlar Necə Qidalanmalıdır?

Bir çox adamın masa başında çalışmaqdan şikayətçi olduğunu bildirən Mütəxəssis Diyetisyen Aslıhan Küçük masa başında çalışanlar üçün sağlam qidalanma haqqında reseptlər verib:

 

"Gündə səkkiz, həftədə isə qırx saatınız masa başında çalışaraq keçir. Əgər sağlam qidalanmaq, çəkinizi qorumaq istəyirsinizsə bu məlumatlara diqqət edin.

 

Sfera.az xəbər verir ki, A. Küçük, sağlam qidalanmaq üçün 6 bəndli qidalanma siyahısını təqdim edib:

 

Gecə boyu bir şey yeyilmədiyi üçün uzun sürən aclıq səbəbiylə metabolizm sürətiniz yavaşıyır. Səhərlər yuxudan oyandıqdan sonra metabolizmini canlandırmaq üçün ən çox 1 saat içərisində və sağlam qidalardan ibarət bir səhər yeməyi lazımdır.

 

Əgər səhərlər yemək yemədən günə başlanarsa keçən hər zaman metabolizmin daha da ləngiməsinə səbəb olur.

 

Ancaq kilo problemi yaşayan insanların enerji xərcləmə problemləri olmasına görə zəif olan insanlara görə daha sıx bir nahar etmələri zəifləməyi asanlaşdırmaq əvəzinə ağırlaşdırır. Aparılan tədqiqatlar kök adamların səhər yeməyini gec və olduqca sıx etdiyini göstərir.

 

Gün ərzində özünüzü daim halsız və ya yorğun hiss edirsinizsə su istehlakına nəzarət etməyi unutmayın!

 

Həmçinin böyrək funksiyaları, bədənin istilik tarazlığı, qan dövranı, tullantı maddələrin atılması və qidaların daşınması üçün su istehlakı çox əhəmiyyətlidir.

 

Gün içərisində özümüzü daha gümrah hiss etmək üçün çay və qəhvə istehlakını artırırıq, lakin çay və qəhvənin həddindən artıq istehlak edilməsi bəzi vitamin və mineral maddələri pozur. Xüsusilə antioksidant vitaminlər (A, C, E) həssas olduqlarından qəhvə və çaydakı tanen və kofeindən mənfi təsirlənir.

 

İçki olaraq yaşıl çay, ağ çay və ya digər bitki çaylarını seçim edə bilərsiniz.

 

Uzun müddət ac qalmaq qan şəkər tozunu tənzimləyir, o zaman bədən üçün lazımlı enerjinin yaranmasını və metabolizm sürətinin yüksəlməsini təmin edir. Beləliklə, gün ərzində daha sakit, daha gümrah bir orqanizmə qovuşaraq, müvazinət pozğunluğu, yuxu, yorğunluq kimi problemlərin qarşısı alınmış olur.

 

İş yerinizdə yediyiniz kiçik atışdırmalar: Quru ərik və qoz; Qaragilə və fındıq; Süd və 1 ədəd meyvə; Ağ pendir və çörək ilə kiçik bir sendviç ola bilər.

 

Gün ərzində görəcəyiniz müntəzəm məşqlər ilə artıq kalorinoizdən azad ola bilərsiniz. Beləliklə metabolizmin aktiv və davamlı olaraq işləməsini təmin edə bilərsiniz.

 

İdman etmək üçün vaxtınız yoxdursa gün içərisindəki hərəkətinizi lift istifadə etmək əvəzinə pilləkənlərə üstünlük verin.

 

Bəzi qidalar iş zamanı həm diqqətinizi toplamağa, həm də sizi daha sürətli düşünməyə sövq edəcək bir təsirə malikdir.

 

Əgər bir məsələyə adaptasiya olmaq istəyirsinizsə qoz, fındıq və ya yer fıstığı istehlak edə bilərsiniz, lakin miqdarına diqqət edin!

 

Yaddaşınızı qüvvətləndirən kök eyni zamanda beyin mübadiləsinə də təsir edir.

 

 

Aytac

 

 

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.



 


OXŞAR XƏBƏRLƏR