Flora Kərimovanın LÜKS EVİ: "Bəli, tavan qızıldandır" - VİDEO

Flora Kərimovanın LÜKS EVİ:

Zaur və Günay Baxşəliyevlər aparıcısı olduqları "Zaurla Günaydın" səhər şousunun çəkiliş heyəti ilə birlikdə "Şərəf" ordenli, Xalq artisti Flora Kərimovanın dəbdəbəli evinə yollanıblar.

 

81 yaşlı sənətların Bakı Funikulyoru ərazisində yerləşən qədim və tarixi binaların birində qaldığı məlum olub.

 

Zaur və Günay Xalq artisti ilə söhbətində məlum olub ki, sənətkarın evinin tavanı qızıl işləmələri ilə bəzədilib.

 

"Bu ev bizim başımıza oyun gətirib. O zamanlar belə geniş evlər dəbdə deyildi. Evimdə heç bir restavrasiya işləri aparılmayıb. Gördüyünüz tavan rus dilində deyəcəyəm "Сусальное золото"dur (Qızıl yarpaq, bütün əşyanın sarı metaldan olduğu təəssüratı yaratmaq üçün əşyaların səthinə yapışdırılmış nazik təbəqələrdir.Belə təbəqələrin qalınlığı bir neçə onlarla nanometrə çata bilər - red.) Bunun üstündə də başımıza oyun gətirdilər.

 

Deyirdilər ki, necə ola bilər, siz tavanı "Сусальное золото" bəzəmisiniz? Bəli, tavan qızıldandır. Bu ev mənim zövqümlə təmir edilib. Bu evdə həm sevincim, həm də göz yaşım olub. Bu evdə həyat yoldaşım Faiq bəyi son mənzilə yola salmışam. Bu evə yasa gələnlər mebellərimi cizırdılar. Bilmirəm bunu niyə edirdilər? Çox şeylər ediblər... Sonra bu evdə baxırdılar və nələrisə gizlincə qoltuqların arasına qoyub, aparırdılar. Oğurlayırdılar... O qədər başımız çəkib ki,... Yaquta (yanında çalışan işçisi - red.) deyirdim ki, gördün ki, başım qarışıb nəyəsə, Faiqin çoxlu qızılları vardı, onları bir otağa qoy, açarla bağla ki, oğurlamasınlar", - deyə Kərimova bildirib.

 

Xalq artisti aparıcılarla söhbətində "Ölünün dalınca danışmazlar" məsələsinə də aydınlıq gətirib:

 

"Dünyasını dəyişmiş bir insan haqda fikirlərimi dilə gətirəndə, söyləyirlər ki, "Ölənin arxasınca danışmazlar". Bəli, ölənin arxasınca danışmazlar, çünki insanın xasiyyətinin heç bir ölüm həm dəyişmir, həm də bəraət vermir. O zamanlar başa düşmürdüm, məndən nə istəyirlər, kimə nə etmişəm, niyə məndən yazırlar, niyə istəyirlər məni hansısa çirkaba batırsınlar? Tək idim, dəstək verəndə yox idi...".F.Kərimova bildirib ki, 44 ildir ki, bu mənzildə yaşayır:

 

"Bu evə 44 il əvvəl köçmüşük. Çox yöndəmsiz xasiyyətim var. Bir şey beynimə girdi, mütləq onu etməliyəm. Gecəm-gündüzüm olmaz, mütləq bunu edirəm. Bu ev əvvələr bu qədər geniş deyildi. Digər otaqların sahibləri vardı. Onlardan otaqları ala-ala evin genişləndirdim".

 

 


OXŞAR XƏBƏRLƏR

Bakıda tanınmış bloqerlər vətəndaşları aladadıb - İDDİA

Bakıda bir qrup vətəndaş alqı-satqı şirkətinin "TikTok" reklamlarına inanıb ev almaq istəyib, lakin dələduzluqla üzləşiblər.   Sfera.az&nbs...

Bu bürclər diqqətli olmalıdır - Gərginlik artacaq

Bu gün səmada dinamik və güclü enerjilər hökm sürür. Ayın Əqrəb bürcündə olması emosional dərinlik və ehtiraslı reaksiyalara zəmin yaradır. Bu, həm də gözlənilm...

Xalq artisti xəstəxanaya yerləşdirildi - FOTO

Xalq artisti Arif Babayev xəstəxanaya yerləşdirilib.   Sfera.az xəbər verir ki, bu barədə xanəndənin oğlu Yaşar Babayev məlumat verib.  ...

Uşaqların sosial şəbəkələrdən istifadəsi QADAĞAN OLUNUR?

Dünyanın bir sıra ölkələrində sosial şəbəkələrlə bağlı ayrı bir qanun layihəsi var. Burada söz və fikir azadlığının məhdudlaşdırılması nəzərdə tutulmu...

Bu ölkədən Trampa 400 milyon dollarlıq hədiyyə

ABŞ-da Demokratlar Partiyasından olan konqresmen Riççi Torres Prezident Donald Trampın Qətər kral ailəsindən dəyəri 400 milyon dollar olan "Boinq 747-8&quo...

Azərbaycan Vyetnamla iqtisadi əlaqələrin inkişafına böyük əhəmiyyət verir

Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq tədbirlərdə verdiyi açıqlamalarda, müsahibələrində irəli sürdüyü tezislər hər zaman diqqət mərkəzində olur. Ölkə...