İki uşaq anası 40 kilo arıqladı, gözəllik müsabiqəsinə qatıldı – İNANILMAZ FOTOLAR

İki uşaq anası 40 kilo arıqladı, gözəllik müsabiqəsinə qatıldı – İNANILMAZ FOTOLAR

 

32 yaşlı avstraliyalı Maria Bond aktiv həyat tərzi keçirməyinə baxmayaraq, illərdir artıq çəkidən azad ola bilmirdi. İki uşaq anası olan qadın hamiləliyində 19 kilo alaraq 87 kilo olmuşdu. Bundan narahat olan Maria xarici görünüşünü dəyişmək qərarına gəlir.


Aile.lent.az xarici mediaya istinadən bildirir ki, Maria Bond həyatını dəyişdirən qərarı uşaq sahibi olduqdan sonra verir.  

 

Avtraliyalı xanım etiraf edir ki, əvvəl özünü gözəl və xoşbəxt hiss etmirdi. Hətta toy günü də özünü çirkin hesab edən Maria fotolarına baxanda ağlayıb.

 

İlk hamiləliyi zamanı isə 19 kilo daha kökəlib 87 kilo olur. O, övladını dünyaya gətirəndən sonra onu əmizdirdiyi üçün hamiləlikdə yığdığı artıq çəkidən xilas olacağına ümid edir. Lakin düşündüyü kimi olmur.

 

Maria uşağı süddən ayırandan sonra sağlam qidalanma ilə bağlı araşdırmalara başlayır. 6 aya qədər pəhriz və idman məşqləri etdikdən sonra 10 həftəlik hamilə olduğunu öyrənir. Lakin yenə aktiv həyatından imtina etmir və hamiləliyini də sağlam şəkildə keçirir. İkinci hamiləliyinin 32-ci həftəsinə qədər həftədə 30 kilometr qaçmağa davam edir. Qızı doğulduqdan sonra yenidən fitneslə məşğul olub, bədənini inkişaf etdirir. 40 kilo arıqlayır.


Bundan sonra Maria Bondun həyatında yeni mərhələ başlayır. Hətta gözəl bədən quruluşuna görə iki dəfə gözəllik müsabiqəsinə qatılır.


Hazırda onun çəkisi 50 kilodur.

 

Aile.lent.az avstraliyalı xanımın əvvəlki və indiki görüşünü əks etdirən fotoları təqdim edir. Bu fotolar kök xanımları arıqlamağa şövq edəcək. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 
 


OXŞAR XƏBƏRLƏR

Məşhur “Kinder” şokoladları haqqında həqiqət yalnız 35 ildən sonra məlum oldu

1990-cı ildə italyan qənnadı Mikael Ferrero tərəfindən yaradılmış “Kinder Bueno” 60-dan çox ölkədə partlayış “hit”ə çevrilmişdir. Ancaq ...

Qayınatasını öldürmək istədi, özü öldü

Abşeron rayonunda kürəkənini qəsdən öldürməkdə təqsirləndirilən Tayır Tayırovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.   Sfera.az ...

Ərdoğan Zelenski ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu bar...

Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Sabunçu rayonu, Maştağa və Qaradağ rayonu, Qızıldaş qəsəbələrində yerləşən mövcud qaz xətləri üzərində təmir-quraşdırma işlərinin aparılması planlaşdırılır.&nbs...

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarıldı

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarılıb.   Sfera.az bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi təhsil üzr...

Velosiped və skuter sürənlərə ÇAĞIRIŞ - VİDEO

Paytaxtda bəzi velosiped və skuter idarə edən şəxlər yollarda hərəkət zamanı qəfil manevrlər edirlər, yolun hərəkət hissəsindən necə gəldi keçirlər. Digər nəqli...