Fəlakətlər, müharibələr, sui-qəsdlər... - Dovşan illərində nələr olub? + XRONOLOGİYA

Fəlakətlər, müharibələr, sui-qəsdlər... - Dovşan illərində nələr olub? + XRONOLOGİYA

Çin heyvan təqviminə görə, 2023-ci dovşan ilidir. Həssas, düşüncəli və mülayim təbiətinə əlavə olaraq, Dovşan asanlıqla mühakimə edən, özünü tamamilə haqlı hesab edən, yalnız istədiyini əldə etmək üçün bir neçə əlaqəni bir anda kəsə bilən bir bürc olaraq hesab edilir.

 

Sfera.az astroloji araşdırma apararaq Dovşan illərində baş verən hadisələri təqdim edir:

 

1927

 

Çində vətəndaş müharibəsinin başladığı il... Təəssüf ki, Çin Milli Partiyası ilə Çin Kommunist Partiyası arasında müharibə 1950-ci ilə qədər davam edib.

 

1939

 

1939-cu il bəşər tarixində böyük fəlakətlərdən biri yaşanıb. Belə ki, 1 sentyabr 1939-cu ildə alman ordusunun Polşaya hücumu ilə başladığı qəbul edilən İkinci Dünya Müharibəsi 1945-ci ilə qədər davam etdi. 2 sentyabr 1945-ci il tarixində sona yetən müharibə 10 milyonlarla insanın ölümünə səbəb olub. Döyüş meydanlarında, əsirlikdə, konslagerlərdə 27 milyon hərbi xidmətçinin həyatı sona yetdi. Bundan başqa müharibə 25 milyona yaxın dinc əhalinin həyatına son qoymuşdu.

 

1951

 

Dünyanın müxtəlif yerlərinə təsir edən hadisələr həmin il Misir və Koreyadan da yan keçməyib. Belə ki, 1951-ci il Koreyanın yandırılaraq dağıdılması zamanı 36 000 amerika əsgərinin, 600 000 koreyalı və 500 000 çinli əsgərin öldüyü məlumdur.

 

1963

 

1963-cü ilin noyabrında Amerika Birləşmiş Ştatlarının Prezidenti Con Kennedi Dallasda avtomobilindən ictimaiyyəti salamlayarkən Li Harvi Osvald tərəfindən güllələnib.

 

1975

 

1975-ci il aprelin 13-də Livanda vətəndaş müharibəsinə çevrilən müsəlman-xristian ayrılığı dünyanın ən mürəkkəb müharibələrindən biri kimi tarixdə yerini aldı. 1991-ci ilə qədər nəfəs almayan partiyalar ideologiyaları və silah gücü ilə mübarizəni dayandırmadılar.

 

1987

 

Dovşan ili olan 1987-ci ildə Çad və Liviya sərhədində "Toyota müharibəsi" kimi tanınan qarşıdurmalar yaranıb. 31 iyulda isə İslam düşmənləri kimi təyin etdikləri ölkələrə etiraz etmək üçün bir araya gələn iranlı zəvvarların başçılıq etdiyi qrup ilə Səudiyyə təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmada 400-dən çox adam həlak olub.

 

1999

 

1999-cu il NATO-Yuqaslaviya müharibəsi kimi yadda qalır. Belə ki, 1999-cu ilin 24 mart-10 iyun tarixləri arasında NATO-nun Yuqaslaviyaya qarşı apardığl müharibə əsasən, NATO təyyarələrinin Yuqoslaviya ərazisini səmadan bombardman etməsi ilə yadda qalıb. Müharibənin nəticəsi olaraq, serb qoşunları Kosovo və Metaxiyadan geri çəkilməyə məcbur qalıb və həmin ərazilər NATO-nun nəzarəti altına keçib.

 

2011

 

2011-ci ilin11 fevral tarixində Misirdə uzun sürən etirazlardan sonra ölkə prezidenti Hüsnü Mübarək istefa verir. 11 mart Yaponiyada 8.9 bal gücündə dağıdıcı zəlzələ baş verir. Zəlzələ nəticəsində sunami fəlakəti yaşanır, Fukusima atom stansiyasında qəza baş verir.

 

Dünya tarixi demək olar ki, hər il dünyanın bəzi yerlərində münaqişələrə səhnə olub. Ümid edək ki, 2023-cü il bütün dünya üçün uğurlu il olar. Amma astrologiya, Çin təqvimi və statistika bunu demir...

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı gənclər daimi yaşamaq üçün hansı ölkələrə gedib? - STATİSTİKA

2023-cü ildə Azərbaycanı daimi yaşamaq üçün 685 gənc tərk edib.  Sfera.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2022-c...

“Wildberries”in ofisi yaxınlığındakı atışma ilə bağlı həbs edilənlərin sayı 19 nəfərə ÇATDI

Moskvanın Meşanski məhkəməsi Rusiya paytaxtının mərkəzində yerləşən “Wildberries” şirkətinin ofisi yaxınlığında baş vermiş atışma ilə bağlı 13 nəfər...

Azərbaycan XİN Maltanı Milli Günü münasibətilə təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Maltanı Milli Günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə qurumun “X” hes...

Rusiyalı nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini ziyarət etdi

Bakıda keçirilən "Silahlı Qüvvələrdə asayişin və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, kadr hazırlığı sahəsində təcrübə mübadiləsi üzrə işçi görüş...

Nazir: "Türkiyə və Azərbaycan hərbçiləri üç ölkə ilə birlikdə hərəkət etməyə hazırdır"

Türkiyə, Azərbaycan, Özbəkistan, Qətər və Pakistan hərbi birlikləri birgə hərəkət etməyə hazırdırlar.   Sfera.az xəbər verir ki, bunu Qazaxıstan müda...

Türkiyəli müğənnini Bakıya ad gününə çağırdılar - FANTASTİK MƏBLƏĞ

Tanınmış türk müğənni Petek Dinçöz Bakıda ad günündə iştirak edib.   Sfera.az xəbər verir ki, bununla bağlı aparıcı Elgiz Əkbər məlumat verib. &nb...