"Suyu və şirniyyatı yeməkdən əvvəl..." - Bayram günlərində BELƏ QİDALANMALIYIQ

"Bayram günlərində bir çox insanlar qidaları qarışdırır və qidalanma rejimində pozulmalar sonrakı günlərdə də problemlər yaradır. Bu, ilkin olaraq həzm sisteminin pozulması, maddələr mübadiləsinin yavaş olması, kilo almaq kimi görünsə də, həm də daxili orqanların hədən artıq yüklənməsinə səbəb olur".

 

Bunu Sfera.az-a açıqlamasında sağlam qidalanma üzrə ekspert-mütəxəssis Məhsəti Hüseynova bildirib.

 

Ekspert bayram günlərində tərəvəzlərdən istifadəyə üstünlük verməli olduğumuzu qeyd edib:


"Nəzərə almaq lazımdır ki, orqanizm standart çalışma mexanizminə malik olduğu üçün onu bayram günləri yükləməmək lazımdır. Çünki orqanizm üçün xüsusi günlərin olması fərq etmir. Bayram günlərində müxtəlif heyvanların ətlərindən hazırlanan yeməkləri yemək yaxşı hal deyil. Yaxşı olardı ki, bayramda günorta və axşam yeməklərində ana yemək kimi bir növ heyvanın ətindən istifadə olunsun. Növbəti günlərdə isə hər gün bir növ yeni yemək bişirmək lazımdır. Bayramlarda adətən şam yeməyində ağır yeməklər qəbul olunur. Yaxşı olardı ki, şam yeməklərində qızardılmış məhsullar olmasın və hər yeməyin yanında mövsümi tərəvəzlər istifadə olunsun. Bu, digər qidaların asan həzm olunmasına kömək olur". 

 

Müsahibimizin sözlərinə görə, şirniyyatı və suyu yeməkdən öncə qəbul etmək lazımdır:

 

"Bayram günlərində yeməklə bərabər şirniyyatlar da istehlak edilir. Şirniyyatı yeməkdən bir saat əvvəl, ya da ara yemək zamanı qəbul etmək lazımdır. Salatları hazırlayarkən isə mayonez əvəzinə xamadan istifadə etmək sağlamlıq üçün daha yararlıdır. Bundan başqa, yemək zamanı qazlı içkilər içmək həzm sistemini pozur və bu da yağlanma-piylənmə yaradır. Yeməklə birgə qəbul olunan su da yeməyin mədəni tez tərk etməsinə səbəb olur ki, bu da həzm sistemini pozur. Ona görə su yeməkdən yarım saat öncə, yaxud da yeməkdən bir saat sonra içilməlidir". 

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Estoniya Ukraynaya 510 min avrodan çox vəsait AYIRDI

Estoniya Rusiyanın ölkənin enerji infrastrukturunun təxminən 80 faizini məhv etməsindən sonra Ukraynanın qışa hazırlaşması üçün 510 min avrodan çox vəsait ayırı...

Trabzonda daşqın, bir nəfər itkin düşdü- VİDEO

Türkiyənin Trabzon şəhərində dünəndən yağan güclü yağışlar daşqına səbəb olub.   Sfera.az “TRT Haber”ə istinadən xəbər verir ki, yağış əs...

SOCAR Neft Daşlarında çalışan neftçilərin həyatını əks etdirən yeni film çəkdi

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) neft daşlarında çalışan 4 neftçi dostun həyatını əks etdirən yeni film ərsəyə gətirib.   Sfera.az xəbər verir ...

Ravil Qaynutdin növbəti beş il müddətinə Rusiya müsəlmanlarının ali müftisi SEÇİLDİ

Rusiya müsəlmanlarının VIII Qurultayı keçirilib.   Sfera.az xəbər verir ki, Moskva cümə məscidində keçirilən Rusiya Müsəlmanları Ruhani İdarəsinin Qu...

Azərbaycanlı gənclər daimi yaşamaq üçün hansı ölkələrə gedib? - STATİSTİKA

2023-cü ildə Azərbaycanı daimi yaşamaq üçün 685 gənc tərk edib.  Sfera.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2022-c...

“Wildberries”in ofisi yaxınlığındakı atışma ilə bağlı həbs edilənlərin sayı 19 nəfərə ÇATDI

Moskvanın Meşanski məhkəməsi Rusiya paytaxtının mərkəzində yerləşən “Wildberries” şirkətinin ofisi yaxınlığında baş vermiş atışma ilə bağlı 13 nəfər...