Cennifer Lopez öz brendi üçün çılpaq poza verdi - FOTO

Cennifer Lopez öz brendi üçün çılpaq poza verdi - FOTO

53 yaşlı amerikalı müğənni və aktrisa Cennifer Lopez özünün dəriyə qulluq brendi üçün çılpaq pozalar verib. 

 

Sfera.az bildirir ki, J’Lo videosunu İnstaqramda 230 milyon izləyicisi ilə bölüşüb.

 

“Balzam seriyasını təqdim edəndə, biz sizə söz vermişdik ki, bu, yalnız başlanğıcdır. Bu gün mən sizin @JLoBeauty bədən baxımına iki yeni əlavə təqdim etməkdən qürur duyuram"- J’Lo videonu başlıq edərək brendinin serum və nəmləndirici buraxdığını elan edib.

 

J. Lo yüz milyonlarla abunəçisi olan sosial şəbəkələrdə öz brendinin kosmetikasını hər cür şəkildə təbliğ edir.

 

Cennifer Lopez bu yaxınlarda çətin uşaqlıq illərindən və onun üçün xüsusi olan şeylərdən danışıb.

 

Lopezin sözlərinə görə, onun 1970-80-ci illərdə Bronksdakı uşaqlığı kasıb və çətinlik içərisində keçib.

 

"Bizim bir ton pulumuz yox idi" deyəməşhur etiraf edib və onun üçün çox nostalji bir şey haqqında danışıb.

 

Hermesin tikanlı yorğanları J. Loya gəncliyini xatırladır.

 

 "Uşaqlıqda mənə ən çox təsəlli verən şeylərdən biri çox cızıqlanan ədyal idi... Altı yaşımdan yeniyetməlik yaşıma kimi məndə olub və onu çox sevirdim. Qırmızı, narıncı və ağ rəngdə idi"- müğənni əlavə edib. İndi isə bu yorğan yüz milyonlarla dollar dəyərində qiymətləndirilir.

 

Cennifer Lopez, xüsusilə bu ilin soyuq qışını nəzərə alaraq, digər insanlara da bu növ yorğanlara baxmağı tövsiyə edib.

 

İfaçı onu da əlavə edib ki, yumşaq və rahat seçimlər olduğu halda uşaqlar və həyat yoldaşı onun tikanlı yorğanlara olan həvəsini başa düşə bilmirlər.

 

Aysel


OXŞAR XƏBƏRLƏR

Trabzonda daşqın, bir nəfər itkin düşdü- VİDEO

Türkiyənin Trabzon şəhərində dünəndən yağan güclü yağışlar daşqına səbəb olub.   Sfera.az “TRT Haber”ə istinadən xəbər verir ki, yağış əs...

SOCAR Neft Daşlarında çalışan neftçilərin həyatını əks etdirən yeni film çəkdi

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) neft daşlarında çalışan 4 neftçi dostun həyatını əks etdirən yeni film ərsəyə gətirib.   Sfera.az xəbər verir ...

Ravil Qaynutdin növbəti beş il müddətinə Rusiya müsəlmanlarının ali müftisi SEÇİLDİ

Rusiya müsəlmanlarının VIII Qurultayı keçirilib.   Sfera.az xəbər verir ki, Moskva cümə məscidində keçirilən Rusiya Müsəlmanları Ruhani İdarəsinin Qu...

Azərbaycanlı gənclər daimi yaşamaq üçün hansı ölkələrə gedib? - STATİSTİKA

2023-cü ildə Azərbaycanı daimi yaşamaq üçün 685 gənc tərk edib.  Sfera.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2022-c...

“Wildberries”in ofisi yaxınlığındakı atışma ilə bağlı həbs edilənlərin sayı 19 nəfərə ÇATDI

Moskvanın Meşanski məhkəməsi Rusiya paytaxtının mərkəzində yerləşən “Wildberries” şirkətinin ofisi yaxınlığında baş vermiş atışma ilə bağlı 13 nəfər...

Azərbaycan XİN Maltanı Milli Günü münasibətilə təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Maltanı Milli Günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə qurumun “X” hes...