Şvartseneggerin nigahdan kənar oğlu atası kimi olmaq istəyir - FOTO
Hollivud aktyoru və Kaliforniyanın keçmiş qubernatoru Arnold Şvartseneggerin 25 yaşlı nigahdan kənaroğlu Cozef Baena eyni fiziki forma əldə etməyə çalışaraq atasını fəal şəkildə təqlid etməyə davam edir. Buna görə də, vaxtaşırı idman zalında çoxlu məşq edir.
Sfera.az bildirir ki, gənc oğlan idmandan sonra bir-iki yeni foto paylaşmaqla gündəm olub.
Müsahibələrində o, məşhur atasının yeddi dəfə qazandığı “Cənab Olympia” titulunu qazanmaq arzusunda olduğunu dəfələrlə qeyd edib. Ona görə də Cozef idman zalında çox vaxt sərf edərək bədəni üzərində işləyir. Şvartseneggerin üç oğlundan atasına daha çox oxşayan Cozefdir. O, nəinki asudə vaxtının çox hissəsini idmana həsr edir, həm də özünü kino və modellikdə sınayır.
Eyni zamanda, Cozef Şvartsenegger adını almaqdan imtina edib və kastinqlərdə və ya yeni müqavilələr axtararkən atasının himayəsindən qaçır. Bununla belə, o, Arnoldun peşə və idman sahəsindəki məsləhətlərini məmnuniyyətlə dinləyir.
Bir müddət əvvəl Baena 20 ilə yaxındır Şvartsenegger və Mariya Şrayverin evində işləyən anasının fotosunu nümayiş etdirib.
Qeyd edək ki, Şvartseneggerin 25 illik evliliyinə son qoyan da məhz bu qadınla münasibəti və eynən Arnolda bənzəyən nigahdan kənar uşaq dünyaya gətirməsi olub.
Aynil